adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Oktyabr 2020 21:29
23142
SİYASƏT
A- A+

Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub

Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.