adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2020 21:10
31372
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı

İndiyədək 310 şagird koronavirusa yoluxub, bu şagirdlərdən biri məktəbdə, qalanları ev daxilində yoluxub.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma halı baş verməyib: "Amma müəllimlər arasında Qubanın Qanqan kəndində Sumqayıtdan gələn bir müəllim digər müəllimləri də yoluxdurub".

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən qismən tədrisin bərpasına başlanılıb. 5-11-ci sinif şagirdləri onlayn dərslərə qoşulublar.

Nazir qeyd edib ki, 700-dən artıq könüllü məktəbdəki proseslərin icrasına qoşulub, uşaqların hərarəti ölçülür: "Yoluxma vəziyyətinə görə distant təhsil sisteminə keçmiş siniflər gələn həftədən məktəbə gəlməyə başlayacaqlar. Hazırda 19 sinif əyani formadan distant təhsilə keçərək dərs keçir".

Nazir qeyd edib ki, cəbhədəki vəziyyətə görə 3 rayonda bütün məktəblər fəaliyyətini dayandırıb.