SON DƏQİQƏ:

“Qələbə bizimlədir” - Şəmistan Əlizamanlı ilə MÜSAHİBƏ

  18715   |  
Şriftin ölçüsü  

“Mahnılarım xalq üçün, gənclər üçün yazılıb. O vaxt məqsədimiz o olub ki, Vətənpərvərlik ruhunda mahnılar yazaq və ordumuza dəstək olaq. Məqsədimiz o olub ki, gələcək nəsillər bu mahnıların təsiri altında böyüsünlər və Vətənpərvər olsunlar”. “Ədalət” qəzetinin qonağı “Cənab Leytenant”, “İgid Əsgər”, “Vətən əmanəti” kimi hərbi-vətənpərvərlik marşları və mahnılarının müəllifi Şəmistan Əlizamanlıdır.

-Mahnılarınızın populyarlıq qazanmasının səbəbini nədə görürsünüz?

-Mahnıların sevilməsinin səbəbini onların sadə və səmimi yazılmasında görürəm. Mahnılar müharibə illərində yazıldığı üçün insanların qəlbinə yol tapıb.

-Şəmistan müəllim, sizin mahnılarınız bir növ elə əsgər marşı hesab olunur. Əsgərlər bu mahnıları çox ifa edirlər. Elə gənclər də. Mahnılarınızın bu qədər sevildiyini görəndə hansı hissləri keçirirsiniz?

-Xoş duyğular keçirirəm. Mahnılarım xalq üçün, gənclər üçün yazılıb. O vaxt məqsədimiz o olub ki, Vətənpərvərlik ruhunda mahnılar yazaq və ordumuza dəstək olaq. Məqsədimiz o olub ki, gələcək nəsillər bu mahnıların təsiri altında böyüsünlər və Vətənpərvər olsunlar.

-Bəziləri deyir ki, ordu-cəmiyyət münasibətlərində açıqlıq olmalıdır, amma bunun əksini düşünənlər də var. Siz bu məsələdə hansı fikirdəsiniz?

-Müharibə qaydalarına, müharibə qanunlarına uyğun informasiyalar verilməlidir. Xalqımız bir mənbədən informasiya almalıdır, o da ki, Müdafiə Nazirliyinin rəsmi saytından.

-“İgid əsgər” mahnısından danışaq. Bizdə olan məlumata görə, bu mahnının çox maraqlı bir tarixçəsi var. Deyilənlərə görə, bu mahnın tarixi hərbi hospitaldan başlayır…

-Sözləri və musiqisi Şahin Musaoğluya məxsusdur. 1993-cü ilin mart ayında bu mahnını ifa etmişəm. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə sağlığında söz vermişdim ki, bu mahnını oxuyacam və sənə ithaf edəcəm. Sonra Yusif şəhid oldu və bu mahnını eşidə bilmədi. O zaman Qədirli adına xəstəxanada Yusiflə birlikdə müalicə alırdıq. Müalicə vaxtı bir otaqda qalırdıq. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu tez-tez yanımıza gəlirdi. Bir dəfə söylədi ki, belə bir mahnı yazmışam və başladı zümzümə etməyə. Bu mahnı Yusifin çox xoşuna gəldi. Sonra gördüm ki, Yusif də bu mahnını oxuyur, zarafatyana dedim ki, xoşuna gəlirsə, mən oxuyacam və sənə ithaf edəcəm. Sonra da Yusif şəhid oldu və mən də söz verdiyim üçün həmin mahnını oxudum.

-Müharibədə iştirak etmisiniz. Hansı xatirələriniz var?

-Müharibə ilə bağlı o qədər xatirələrim var ki. Çoxdur xatirələr. Bilmirəm hansını danışım.

-Bir də mühasirəyə də düşmüsünüz...

-Mühasirəyə düşüb çıxmışıq da. Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşdük, sonra kömək gəldi və mühasirədən çıxdıq. İlk döyüş xatirəsi budur. Ondan sonra Yusiflə Ağdərədə tanış olduq. Xatirələrdən sual verəndə demədim, ən xoş xatirəm Yusiflə tanış olmağım və dostluq etməyim olub.

-Qarabağ probleminə qayıtmaq istərdim. Siz Qarabağ müharibəsində bir çox əməliyyatlarda iştirak etmisiniz. Hazırkı vəziyyət haqqında nə deyə bilərsiniz?

-Hazırki durum onu deyir ki, qələbə bizim olacaq. Ordumuzun maneəsiz irəliləməsi üçün, uğurlu əks-hücum əməliyyatları aparması üçün hər şey nəzərə alınıb. Yəni ehtiyat variantlara qədər hər şey diqqətdən keçirilib. Odur ki, ordumuz qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirəcək və yetirməkdədir.

-Azərbaycan xalqına çatdırmaq istədyiniz mesaj varmı?

-Ordumuza güvənsinlər. Ordumuz istənilən döyüş əməliyyatını yerinə yetirməyə qadirdir və bunu da sübut edir. Ancaq Müdafiə Nazirliyinin məlumatlarını dinləsinlər və ordumuza dua etsinlər. İnşaAllah, ordumuz xalqımızın ümidlərini doğruldacaq. Ordumuzda əhval-ruhiyyə yüksəkdir və qələbə bizimlədir.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK