SON DƏQİQƏ:

Milli Məclisin Sədr müavini Adil Əliyev: Qələbə Şanlı Ordumuzundur!

  9940   |  
Şriftin ölçüsü  

Mütəmadi olaraq başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün dünyaya çağırış edilərək Ermənistanın təkcə Azərbaycan üçün deyil, həmçinin regionda və dünyada sülhə qarşı ən böyük təhdid olması dəfələrlə bildirildi. Lakin, Ermənistan tərəfinin ölkəmizin torpaqlarının 20 faizini işğal etməsini, bu işğalla kifayətlənməyərək cəbhə boyu təxribatlar törətməsi dünyanın diqqətinə çatdırılsa da, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmədi.

Ermənistan tərəfinin apardığı təcavüzkar siyasətin davamı olaraq, bu gün yəni, 27 sentyabr 2020-ci il tarixində Ermənistan yenidən cəbhə boyu təxribata əl ataraq, Azərbaycan ordusuna və yerli əhaliyə iri çaplı silahlardan atəş açmağa başladı. Göründüyü kimi, düşmən müharibəni belə, qaydalara uyğun apara bilmir. Belə ki, təcavüzkar siyasəti özlərinə hədəf seçmiş ölkə yerli sakinləri hədəfə almaqdan çəkinmir, mülki şəxslərə qarşı da silah işlədir.

Təbii ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi hücum zamanı məqsədləri yeni ərazilərimizi işğal etməkdən ibarət idi. Bu səbəbdən də düşmən Azərbaycanın Qazax, Gədəbəy, Goranboy, Tərtər və Ağdam rayonları da daxil olmaqla bütün cəbhə boyu təxribata əl atdı. Şanlı Azərbaycan ordusu düşmənin növbəti təxribatının qarşısını almaq üçün ağır zərbələr endirərək onu geri oturtdu və hazırda bütün cəbhə boyu əks-hücumdadır.

Düşmənin ağır itkilər verərək geri otuzdurulması ilə yanaşı, Milli Ordumuz hazırda növbəti hücumların qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirir. Azərbaycan ordusu ölkəmizin müdafiəsinin təmin edilməsi məqsədilə döyüş əməliyyatlarını yerinə yetirərkən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutur, mülki əhaliyə və mülki obyektlərə qarşı silah işlətmir.
Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün tarixi şans yaranıb. Düşmən hücumunun qarşısı alınarkən, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası sıradan çıxarılmışdır.
Düşmənin sülh prosesinə ciddi zərbə vurması, danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz etdi. Bugünkü təxribatdan sonra artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra, bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə edilmiş qələbələrin fonunda Azərbaycan Ordusunun qələbəsi birmənalıdır.

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bunun nəticəsidir ki, ordumuz ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi var. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun bir daha şanlı tarix yazacağına əminik.

Hazırda işğal edilmiş ərazilərimizin bir hissəsi düşmən təcavüzündən xilas edilmiş və bu müjdəli xəbərlərin mütəmadi olaraq gələcəyinə hər birimiz inanırıq. Bu münasibətlə bir daha xalqımıza göz aydınlığı verir və artıq Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzünə son qoyulmasının vaxtı çatdığını bildiririk.
Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, onun verdiyi bütün tapşırıqları və göstərişləri dərhal icra etməliyik. Hamılıqla hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, Şanlı Ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin və Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edək.

Adil Əliyev
Milli Məclisin Sədr müavini

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-27
2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 27, 24, 22, 20, 17, 15, 13, 10, 08, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK