SON DƏQİQƏ:

Pandemiya dövrünün tələblərinə əməl etməyən 128 mehmanxana aşkarlanıb 

  13055   |  
Şriftin ölçüsü  

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Adalet.az-a bildirilib ki, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 21-24 sentyabr 2020-ci il tarixlərində xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı ümumilikdə 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK