SON DƏQİQƏ:

Müğənni Minadan Rəmişin xanımı Gülüyə və Zöhrə Abdullayevaya qarşı tərbiyəsizlik: "Sara Qədimovanın dövrü getdi..."

  213352   |  
Şriftin ölçüsü  

Oxuduğu mahnılarla deyil, hər zaman açıq-saçıq geyimləri, yersiz və savadsız açıqlamaları ilə gündəm olmağı bacaran və bu yöndə şöhrət taman müğənni Mina Hüseyn ötən gün də layiq olduğu tərbiyəni sərgiləyib

Adalet.az xəbər verir ki, Mina ARB TV-də yayımlanan "Xəbər Ətər" verilişinin qonağı olub.

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü canlı efirə zəng edərək Minanı sərt tənqid edib.

"Elə oturmaq olmaz. Bütün altın-üstün görünür. Mən sənin şəklini çəkmişəm. Körpələr baxır, kişilər baxır. Qadın qadın kimi oturmalıdır. Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovamız olub.Hamının da sinəsi, qolu bağlı olub".

Minanın Güllüyə cavabı gecikməyib. Müğənni sərt şəkildə "Sara Qədimovanın dövrü getdi, əziz xanım!. Biz 21-ci əsrdə yaşayırıq. Bəlkə ayaq üstə durum, heç oturmayım".deyib.

Müğənni bu sözlərdən utanmaq, səhvini düzəltmək əvəzinə Gülünü ələ salmaq düşüncəsi ilə heç yerindən tərpənməyib,. oturuşunu dəyişməyib. Bunu görən Gülü "Ola bilər aqressiv danışdım. Bağışlayın üzr istəyirəm" deyərək telefon xəttindən ayrılıb.

Xatırladaq ki, Gülüdən öncə efirə zəng edən əməkdar artist Zöhrə Abdullayeva da Minanı sərt tənqid edib.

Xatırlatma: Zənnimizcə günah nə Minadadır, nə də əxlaq, ədəb, ərkan qaydalarına dəyər verən tamaşaçılarda. Bir günahkar var, o da minakimilərə efir vaxtı verənlərdi.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-22
2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK