SON DƏQİQƏ:

Möhtəşəm villalara sahib Ebru Gündəşin atası sahibsiz və kimsəsiz şəkildə öldü: Küsülü idilər...

  52865   |  
Şriftin ölçüsü  

Ötən illər Türkiyə mətbuatının gündəminə düşmüş bir olay bu günki günə qədər aktivliyini qorumaqdadır. Bildiyiniz kimi, müğənni Ebru Gündeş milyon dollar dəyəri olan villada yaşadığı halda atası evsiz-köməksiz qalmışdı

Həmin vaxtlar Türkiyə mətbuatının verdiyi məlumata görə, azərbaycanlı iş adamı Rza Zərrabla ailə quran sənətçinin atası küçədə köhnə əşyaların satışı ilə məşğul idi.. Qızının onu heç vaxt axtarmadığını deyən Remzi Gündeş gecələrini 20 kvadrat metrlik dükanda keçirirdi. O, Ebru haqda danışmaqdan imtina etmişdi. Hətta mediaya belə bir açıqlama vermişdi:

"Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. Acından ölərəm, amma kiminsə qapısına gedib, bir loxma çörək də istəmərəm. Bir vaxtlar mənə gəl bu evdə qal demişdi. Amma ondan gələcək xeyiri istəmirəm. Mənə halallıq lazımdır. Haramla heç bir işim yoxdur",

Sənətçinin atası "Heç nəvənizi gördünüzmü" sualına isə "Mənim övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox istəyərdim" cavabını verərək göz yaşlarını saxlaya bilməmişdi.

 

R.Gündeşi sonda "Əsgər ailəsində doğulmuşam. Ona görə də qürurum var. Yoxsa Bülənt Ərsoyun da qapısını döyüb, kömək istəyərdim. Dövlətə pul ödəmədiyim üçün on ildir təqaüddən məhrum olmuşam. Əgər bunu ala bilsəydim, heç olmasa, bir az daha yaxşı olardı" söyləmişdi..

Adalet.az xəbər verir ki, məşhur türk müğənnisinin illərdir küsülü olduğu atası sentyabrın 18-də 76 yaşında vəfat edib.

Sənətçi atasını səssiz-sədasız Büyükçekmece Qəbiristanlığında dəfn edib.

Qeyd edək ki, Ebru Gündeşin 4 yaşı olanda spirtli içki aludəçisi olan atası evi tərk edib. Ebru məşhurlaşdıqdan sonra bütün müsahibələrində atasının öldüyünü deyib. Lakin atası Remzi Gündeş illər sonra ortaya çıxıb və Ebrunun atası olduğunu açıqlayıb. Müğənni isə atasını bağışlamayıbvə ata qızından küsülü olaraq dünyasını dəyişib.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK