SON DƏQİQƏ:

“TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi

  48513   |  
Şriftin ölçüsü  

“TikTok” rəhbərliyi Rusiya səlahiyyətlilərinin istəyi ilə təxminən 250 videonu silib.

CNBC bu barədə “TikTok”un Avropadakı dövlət orqanları ilə əlaqələr üzrə direktoru Teo Bertrama istinadla xəbər yayır.

Onun sözlərinə görə, 1 yanvar - 30 iyul tarixləri arasında “TikTok” müxtəlif ölkə hökumətləri və hüquq-mühafizə orqanlarının tələbi ilə 500-ə yaxın videonu silib.

Bunların təxminən yarısı “LGBT cəmiyyətini diskriminasiya edən bir ölkə kimi nüfuza sahib olan” Rusiya səlahiyyətlilərinin istəyi ilə silinib.

“Rusiya qanunları qorxuncdur... Təəssüf ki, işlədiyimiz ölkənin tələblərinə əməl etməliyik”, - deyə Bertram qeyd edib.

“TikTok”un top meneceri etiraf edib ki,  xidmət Rusiya rəhbərliyinin istəyi ilə LGBT məzmunu olan videoları silib.

“TikTok”un Rusiya nümayəndəliyi isə dövlət qurumlarının tələbi ilə Rusiyada 296 videonun silindiyini bildirib. Nümayəndəlikdən qeyd edilib ki, sözügedən videoların LGBT ilə heç bir əlaqəsi olmayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK