adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Sentyabr 2020 21:45
30177
İDMAN
A- A+

Qetji: “Nurməhəmmədovun öz qanını görməsini istəyirəm”

Amerikalı döyüşçü Castin Qetji rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla necə döyüşməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə “BJ Penn” məlumat yayıb.

“Bilirəm ki, Həbibin qanını görəcəyəm. Mən onun özünün də bunu görməsini istəyirəm. Onun reaksiyasına baxmağı arzu edirəm. O, mənim qədər dəli deyil.

Onun döyüş tərzi böyük sayda çapıq vəd etmir. Əminəm ki, Nurməhəmmədovun hətta ağlına da gəlmir ki, o, öz qanını görə bilər. Onun üçün bu, heç vaxt həlledici amil olmayıb”, - deyə Qetji bildirib.