SON DƏQİQƏ:

"Yaşıdlarımı şair hesab etmirəm" - Qalmaqallı MÜSAHİBƏ

  276205   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz gənc şair Ələsgər Əhməddir.

-Hərbi xidmətdən yeni qayıtmısan. Necə keçdi? Hər insanın hərbidən öncəki və sonrakı düşüncələrində dəyişiklik yaranır. Sənin düşüncələrində, planlarında hansı fərqlilik yaratdı?

- Hərbidən danışım da sənə. Aura çox fərqli idi. Nəyin necə olacağı haqqında heç bir fikrim yoxdu. Dillərini bilmədiyim qəbilənin axşam yeməyi idim sanki. Çəkmənin ayağı niyə yara etdiyini düşünürdüm. Bu hərbi addımlar hara kimidi? Bir də bunu deyim, yazı adamı üçün mövzu mərkəzidir. Hər rütbədə bir material parıldayır. O qədər gözlərim qamaşdı, yazdıqlarıma görə həbs etdilər. Dəyişiklik çox oldu. Ən çox biruzə verəni, təbiətimin sakitləşməsidir.

AYB-yə göstərdim ki, mən pişik deyiləm.

-AYB-ni tənqid edə-edə min manat pulu götürməyə getdin. Müsabiqə ilə qalib olsaydın, bunu başa düşmək olardı. Halbuki, o min manatlar təyinatlı ayrılmalar idi.

- Tənqid deyəndə ki, mənə AYB-yə təriflər yağdırdığıma görə vermədilər o mükafatı. Ümumiyyətlə, mənim tərif etmək kimi xüsusiyyətim yoxdur. Sadəcə mən gənclər içində daha potensiallı, daha fərqli idim. Ki, hələ də eləyəm. Qalmaqal adamı olmamışam və onlardan dəstək də istəməmişəm. Günlərin bir günü yazıb, xəbər verdilər. Bir sözlə pulu mətnim qazandı. AYB-yə qaldıqda isə. Böyük qardaş Anar bizi izləyir, Rəşad Məcid də böyük zərbədən öncə, gəncləri tumarlayır. Di gəl, onlara göstərdim ki, mən pişik deyiləm. Başlamadan bitdi (gülür)

-Bizim dövrə baxıram, dövr dedikdə sizlərdən 10 il qabaqki nəsli nəzərdə tuturam. Bu qədər eqo, saymazyanalıq bəlkə də yox idi. Sənin yaşıdların özündən başqasını şair hesab etmir.

- Açığı mən də yaşıdlarımı şair hesab etmirəm (istisnalar var). Dövr deyəndə kimləri nəzərdə tutursan? AYB taxtında otura bilməyib, AYO kreslosuna göz dikənləri? Eqo və saymazyanalıq deyirsən. Hamıya o münasibət yoxdur. Amma Tolstoyu oxuyub, Kamal Abdullanı tərifləyən QanTurala, statusda rejimi pisləyib, məmurdan cib xərcliyi alan Kəramətə, Azərbaycan dilində yaza bildiyinə inanıb, rus dilinə keçmək istəyən Şəhriyara, o saytdan, bu saytdan qonanlara, xanımların inboksunu xatirə dəftərinə çevirənlərə başqa nə münasibət göstərmək olar? Hamısı bu qurumların işləridir. Kulisdə alqışlayıb, səhnəyə çıxartdılar. Qurum demişkən. Mənə görə AYB ilə AYO-nun bir fərqi var, o da sonrakı hərf fərqi. Mahiyyətcə eyni adamlar nəzarət edir, eyni yerlərdən pullar yeyilir. Bir də rəhbər adları fərqlidir.

 

Ramiz Rövşən, Aqşin Yenisey plagiat şairdi

 

-Tez-tez yaşıdların arasından bir-iksinin plagiatlıqla, oğurluqla populyarlaşdırıldığını(özünün yox, başqaları tərəfdən) qeyd edirsən. O bir-iki adam kimdir ki, deyirsən, amma ad olmayanda bunların effekti də olmur.

- Yaşıdlarım dəyəndə ki, yaş kateqoriyası yoxdur. Ramiz Rövşənin plagiatlarını yazsam, 'Nəfəs'i kəsilər. Aqşin Yeniseydən desəm, ədəbi mühitdə təkcə facebook profili qalacaq. İstəsən, Cemal Sürreyadanın plagiatlarını deyim. Uşaqlar da heç də, hardan nə oxuyurlar uğursuz 'copypaste'. Hələ də təzəlikcə Elroman adlı bir facebook istifadəçisinin şeirini göndərdilər, istədim sənə, Aqşin Evrənə, Fərid Hüseynə yazım, üçünüz 'duet' şeiri yazmısınız? Adamı elə pis inandırıblar, həqiqəti deməyə qorxursan, intihar zad edər. Plagiatlardan danışsaq, gərək səhərəcən yazım.

-Hamıdan və hər şeydən gileylənmək də insanı yeyib bitirir. Həm istedadını, həm də enerjisini.

- Mən heç kimdən diqqət gözləmirəm. Mən oxucuma diqqət göstərməliyəm. Ki, hər şeiri yazanda romantika əvəzinə düşüncə, oyanış, üsyan, inqilab sərgiləyirəmsə, bu bəs edir. Məni fərqli edən, məni oxuyandır. Şairlərdən bəyəndiklərim var. Onlar içində sən də varsan. Yazıçılardan bəyənib, mütəmadi oxuduqlarım 'n' qədərdir. Ən çox oxuduğum Kənan Hacı və Nemət Mətndi. Ümumiyyətlə, yerli ədəbiyyatı yaxşı bilirəm. Dünya ədəbiyyatında da bir rahatlığım var.

-İsanın atası olsaydı bu səninçün nəyi dəyişdirəcəkdi? Onsuz da Adəm və İsadan başqa peyğəmbərlərin atası var. Bu bəs eləmir?

- Bu hansısa şeirimdəndir. Sadəcə maraqlı gəldi. Atası olsaydı, nə olardı. Digər peyğəmbərlər kimi, Adəmin də ata demək olduğunu düşünürəm.

Dostun Məlik Cahan da intihar etdi...

- Etdi. Etməli idi mi, bilmirəm. Yəqin ki, indi daha rahatdır. Bu mövzuda artıq lalam e, bağışla.

-Çingiz Abdullayevin son açıqlaması haqqında bir gənc kimi nə düşünürsən?

- Çingiz Abdullayevə deməlidir ki, hamı rusca bilsə və onu ruscadan da oxusa, yenə mənasız olduğunu görəcək. Müəllimə sərf etməz. Təbii ki, mətni bilən adamdan söhbət gedir. Belə baxanda rus dilli biri, niyə Çingiz Abdullayev oxusun ki?

-Bəs, Rövşən Abdullaoğlu, Varis, Elxan Elatlı? Kifayət qədər oxucuları var.

- Məni niyə belə şeylər düşünməyə vadar edirsən ki? Üçünü bir yerə qoyanda normal bir bədii cümlə çıxmır ortalığa. Onlardan biri hansısa müsabiqədə qalib olanda, elə bilirəm başqa iştirakçı olmayıb. Məcburiyyətdən deyiblər, al sənin olsun. Ölkənin kitab bazarı mənasız müəlliflərin satışı ilə məşğuldur. Arada İlbər, Celal kimiləri də gətirib, lap gülməli vəziyyətə gətirirlər. Adamların Türkiyədə tvitlərinə belə 'like' gəlmir.

 

Söhbətləşdi: Emin Piri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK