SON DƏQİQƏ:

ÖMÜR NƏĞMƏLƏRİ - Əbülfət MƏDƏTOĞLU yazır

  11381   |  
Şriftin ölçüsü  

Bu adda mahnının sözləri də İftixara məxsusdu

Onu səhnədə görmüşəm, ekranda izləmişəm. Və günlərin bir günü də ruhuyla, ürəyiylə, canıyla sözə tapınan, sözə sipər, səngər olan, həm də sözü yerin ən dərin qatlarından tapıb göyün ən hüdudsuz nöqtələrinə çatdırmaq yolunu tutmuş professor Rüstəm Kamal və Ramiz Göyüşov məni onunla bir məclisdə tanış etdi. Necə deyərlər, adını eşidib, özünü kənardan işləyib tanıdığım bir insanla beləcə, halal bir süfrə arxasında şəxsi tanışlığımızın, dostluğumuzun özülü qoyuldu. Təbii ki, halal süfrədə, halal adamların halal xeyir-duası və təqdimatı ilə başlayan bu münasibət anla, günlə, ayla, bütövlükdə zamanla pöhrə kimi buğum-buğum böyüdü, şaxələndi. Və artıq bizim telefon danışıqlarımız, təmaslarımız, söhbətlərimiz özü öz axarıyla, öz istiqamətinə axıb gedir... Və deməli, bu da şəxsən mənə imkan verir ki, istedadlı bir dostumun həyat yolunu diqqətimdə saxlayım... hərdən o yola nəzər yetirim...bilmədiklərimi, olanları arayım, öyrənim. Necə ki, mən digər dostlarımla məhz bu cür tam açıq, sərbəst, rahat bir müstəvi üzərində öz münasibətlərimi qurmuram. O dostluq halallığa, inama və bir də güvənə söykənir. Yəni bir-birimizə inanırıq, bir-birimizə qarşı dürüstük və bir-birmizə də güvənirik. Əslində bu elə dostluğun göstəricilərindəndi. Mən də illərin sınağından keçən bu göstəriciləri özümlə daşıyıram. O ki, qaldı İftixara...

O, düz 60 il bundan öncə Gürcüstanda Qaraçöp mahalının Düzəyrəm kəndində ziyalı ailəsində doğulub. Təbii ki, Gürcüstanda yaşayan soydaşlarımızın özəl həyatları həmişə maraq doğurur. O cümlədən də Ermənistanda, Dərbənddə və digər ərazilərdə yaşayan soydaşlarımız kimi. Doğrudur, İftixar Sovet dönəminin yetirməsidi. O, mənim kimi və digər dostları kimi bir növü sovetin "şinelindən” çıxıb. Həmin dövrün qayda-qanunları, həyat tərzi indi bir xatirə olsa da, amma etiraf edək ki, ziyalıya onda münasibət tamam fərqliydi. Bax, elə Gürcüstanda fərqli bir münasibətlər içərisində böyüyən İftixar da ailədən gələn ziyalılığı, ədəb-ərkanı, çevrəsindəkilərə münasibəti, canını-qanını ana südüylə, ata nəsihətiylə hopdururdu. Üstəlik, onların şəxsi nümunəsi də öz sözünü diqtə edirdi. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olmuşdu. Tələbə olduğu illərdə də o, artıq öz fəallığı ilə hər kəsin diqqətini çəkməyi bacarmışdı.

1981-ci ildə institutu bitirib təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdı. Artıq bu onu bir aktyor, bir sənət adamı kimi ömür nəğmələrinin söz-söz, cümlə-cümlə yazılmağa başlaması idi. Özü də diqqətçəkən, maraq doğuran idi bu yazılış. Çünki milli teatrımızın səhnəsinə təkcə aktyor yox, həm də müəllif, yazar gəlmişdi. Onun təkcə obrazları səhnədə təqdim etmək yox, həm də özünün yazıb-yaratdığı obrazları tamaşaçıya çatdırmaq, sevdirmək bacarığı ortaya çıxmışdı. Əslində bu teatrın uduşu idi. Yəni teatrda fəaliyyətə başlayan İftixar Piriyev özü də bu teatrın müəlliflərindən birinə çevrilmişdi. Bir anlıq gözlərimin önünə onun Akademik Teatrımızdan 1981-1998-ci illərdə yaratdığı obrazları gətirirəm. Onlar Şeksprin, İlyas Əfəndiyevin, Anarın, Hüseyn Cavidin, Nəriman Həsənzadənin, Əbdülrəhim bəy Haqverdiyevin, Cəfər Cabbarlının, Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Vaqif Səmədoğlunun, Sabit Rəhmanın, Çingiz Aytmatovun və digər klassiklərimizin, eləcə də müasirlərimizin müəllifi olduğu əsərlərdəki rollardı. Həmin o rollara İftixar Piriyev tamaşaçı yaddaşında qalan səhnə ömrü verməyi bacarıb. Eləcə də o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində Hidayətin, A.Babayevin, həmçinin özünün müəllifi olduğu əsərləri böyük uğurlarla tamaşaçıların diqqətinə təqdim etməyi bacarmışdı. Onun yaradıcılığında maraqlı cəhərlərdən biri də budur ki, İftixar Piriyev bir aktyor kimi nə yaratdığı obrazlara, nə də çıxış etdiyi səhnələrə fərq qoymur. Onların hamısında o, bacardığı və malik olduğu yaradıcılıq calarlarının hamısını nümayiş etdirir. Hətta onun televiziya tamaşalarında, bədii televiziya filmlərində, həmçinin seriallarda yaratdığı obrazlar da bir-birindən fərqli və bir-birindən maraqlıdı. Mən Əlibala Hacızadənin "İtkin gəlin”ində İftixar Piriyevi Əbdül rolunda, həmçinin R.N.Güntəkinin "Dodaqdan qəlbə - taleyin qisməti beləymiş yəqin” serialında Vədat bəy rolunda izləmişəm. Və etiraf edim ki, bir tamaşaçı kimi onun bu rollardakı uğurları məni sevindirib, mənə xoş gəlibdi. Ümumiyyətlə, dostum İftixar özünməxsus ifa və yaratmaq qabiliyyəti ilə özünü təqdim etməyi bacarır. Təsad0üfi deyil ki, onun bu səhnə sevgisi, səhnə vurğunluğu ölkə rəhbərliyinin də diqqətini çəkib. O, çoxlu sayda fəxri fərmanlara, diplomlara layiq görülüb. Respublikanın Əməkdar Mədəniyyət işçisi və Prezident mükafatçısıdır. Bu gün o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edir. Bununla yanaşı, İftixar Piriyevin ruhunun diqtəsi kimi kitablara çevrilən əsərləri də var. Yəni 1998-ci ildə "Gənclik” nəşriyyatında işıq üzü görən "Yaşadığım bu ömür” şeirlər kitabı ilə o, ədəbiyyat aləminə qədəm qoyubdu. Necə deyərlər, başlanğıc uğurlu olduğu üçün, onun bir-birindən maraqlı həm şeir və poemaları, pyesləri, həm publisistik əsərləri, həm də elmi məqalələri böyük tirajlarla oxuculara təqdim olunubdu.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan İftixar müəllimin poemaları əsasında filmlər də çəkilib, tamaşalar da hazırlanıb. O həm də quruluşçu rejissor və bədii rəhbər kimi də təkcə öz əsərlərini yox, həm də digər müəlliflərin əsərlərinin səhnə nümayişində yorulmadan çalışır. Hazırlanan əsərlər isə həm paytaxtımızda, həm bölgələrimizdə, həm də Naxçıvanda böyük uğurlarla tamaşaçılara təqdim olunur.

Bu gün elmi fəaliyyətinin yeni mərhələsində, yəni doktorluq dissertasiyasının hazırlanması istiqamətində uğurla çalışan İftixar Piriyev sakit bir şəraitdə özünün 60 yaşının əlini sıxır. Mən də və düşünürəm ki, bütün dostları da sıxılan bu əlin üstündə öz əllərini görürlər. Və bu yazımda dostum İftixara özünün ürəyincə olan daha böyük uğurlar, daha gözəl günlər, təbii ki, bir də daha bol tamaşaçı sevgisi arzu edirəm. Doğum günün mübarək, əzizim İftixar bəy!

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK