Şahmar Mövsümov: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
Azərbaycan coğrafi mövqeyinə görə Şimal və Cənub, Şərq və Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda Orta Dəhlizlə bağlı keçirilən panel müzakirədə bildirib.
O qeyd edib ki, Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkəmiz regional dəhlizləri inkişaf etdirir. Dəhlizlər təkcə yük daşımalar deyil, həm də enerji və rəqəmsal əlaqələr baxımından mühümdür”.
Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TAP və TANAP-la 16 ölkəyə təbii qaz ixrac edir.
Prezidentin köməkçisi Azərbaycanın həyata keçirdiyi digər əməkdaşlıq layihələri barəsində danışıb və Bakının Orta Dəhlizin şaxələndirilməsinə verdiyi töhfəyə diqqət çəkib.
Digər Xəbərlər
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41


Bakı -°C

