SON DƏQİQƏ:

Beyrut limanının administrasiyası ev dustağı edilib - VİDEO

  14098   |  
Şriftin ölçüsü  

Livanda, Beyrut limanında baş vermişpartlayış nəticəsində ölənlərin sayı137 nəfərə çatıb.

Baku TV xəbər verir ki, ölkədə matəm, şəhərdə isə fövqəladə vəziyyət elan edilib.

Çərşənbə axşamı baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunmayana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirib. Müvafiq qərar Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul edilib. Qərarın yerinə yetirilməsi orduya həvalə edilib. Partlayışın törətdiyi fəsadlar isə araşdırılmaqdadır.

Livanın "Abou Merhi Group” şirkətinə məxsus "Orient Queen” kruiz layneri Beyrut limanında güclü partlayışdan sonra batıb. Hadisə nəticəsində iki nəfər vəfat edib, yeddi ekipaj üzvü yaralanıb. Partlayış gəmini ciddi şəkildə zədələyib. Korpusdakı axının qarşısının operativ şəkildə alınmasına baxmayaraq, gəmiyə su daxil olmağa başlayıb və layner dənizin dibinə gedib.

ABŞ-ın Müdafiə Nazirliyi də partlayışı araşdırmağa başlayıb. Pentaqon rəhbəri Mark Esper bildirib ki, bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inansa da, bu, heç də belə olmaya bilər. Beyrutdakı partlayışa dünya dövlətlərinin reaksiyası da gecikməyib. Britaniya hökuməti evsiz qalan insanlara kömək üçün 5 milyon funt sterlinq yardım edəcəyini açıqlayıb. Qonşu Türkiyə isə baş verən faciəli qəza ilə əlaqədar Livana 400 ton buğda göndərəcək.

Fransa Prezidenti Emmanuel Makronun göstərişi ilə artıq iki təyyarə xilasedicilər humanitar yardımla birlikdə Livana göndərilib. Yardım göndərən ölkələr arasında BƏƏ və İran da var.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24
2020-09-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK