SON DƏQİQƏ:

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

  9772   |  
Şriftin ölçüsü  

Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş” verilib.
Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK