SON DƏQİQƏ:

Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir

  11330   |  
Şriftin ölçüsü  

Azərbaycanda dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyası səbəbindən yaranmış neqativ iqtisadi proseslərin dərinləşməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Adalet.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, lakin qarşıda duran təhlükələr var və bu da əsasən dövlət büdcəsinin gəlirlərinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neft sektorundan əldə olunan mənfəət vergisi və gömrük rüsumlarının azalması proqnozlaşdırılır. Nazir qeyd edib ki, ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir. S.Şərofov əlavə edib ki, Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır.

S.Şərifov bildirib ki, bu baxımdan dövlət büdcəsinə müvafiq dəyişikliklər edilir ki, kifayət qədər çevik maliyyə buferi yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alına bilsin.
Nazir vurğulayıb ki, yaranmış vəziyyətdə dövlət xərclərin azaldılması deyil, bir qədər artırılmalısnı nəzrdə tutur ki, mənfi proseslərin qarşısı alınsın.

Nicat Novruzoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK