SON DƏQİQƏ:

Korona ya payızda bitəcək, ya da... - Professordan şok

  690304   |  
Şriftin ölçüsü  

Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər. Maraqlıdır, bəs ölkədə hansı halda karantin ləğv edilə bilər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, karantinin ləğv edilməsi üçün ÜST rəy verməlidir:

"Karantinin ləğv edilməsi barədə biz də müraciət etmişdik və karantin davranışlarına nəzarətin ciddi olması şərtilə sosial həyatın fəallaşmasını məsləhət görmüşdük. Ola bilsin ki, birinci yumşaldılmadan sonrakı vəziyyəti görüb ehtiyat etdilər. Çünki mayda tətbiq edilən yumşaldılma zamanı yoluxma sayı artdı. Bu səbəbdən ehtiyatlı davranırlar. Hesab edirəm, yavaş-yavaş müəyyən yumşalmalar tətbiq ediləcək. Ümumiyyətlə isə ölkədə karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatı rəy vermədən ləğv edilə bilməz. Yalnız karantin davranışlarına əməl edilməklə qaydaları yumşaltmaq mümkündür. Yumşaldılma zamanı maska və əlcəklərdən istifadəyə, qapalı məkanların giriş-çıxışında əllərin dezinfeksiya edilməsinə, içəridə sahəyə uyğun olaraq daxil olan adamların sayına və s. məsələlərə riayət edilməlidir. Bütün bu tədbirlər ÜST-ün karantinlə bağlı son zəngi çalmasına qədər davam etməlidir”.

Adil Qeybulla ÜST-ün koronavirusdan həmişəlik yaxa qurtarmağın mümkün olmaması barədə açıqlamasına da münasibət bildirib:

"Düzdür, daha əvvəl lokal epidemiyalar olub və olacaq da. Lakin ispan qripindən sonra dünyada belə bir pandemiya olmayıb. Hər il koronavirus olurdu. Sadəcə, bu, yoluxucudur və pandemiya törədib. Bu virus ya payızın sonuna yaxın yoxa çıxacaq, ya da sakitləşib bədənimizdə qalacaq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK