SON DƏQİQƏ:

Beyrəyi xəyanətə görə öldürən xalq - Emin Piri yazır

  21702   |  
Şriftin ölçüsü  

Xalqın genetik yaddaşı, duyğusu təhtəlşüur özünü üzə çıxarır və kütləni, onun istəklərini, arzularını idarə edir.

Əlbəttə, xalq dastanlarında ölən də olacaq, aralarında xalqın qəhrəmanları da. Amma hərdən bu "ölüm mükafatlar”ının şifrələrini də çözmək lazımdı.

Xalqın genetik yaddaşı, istəkləri, arzuları, cəzaları, mükafatları onun dastanlarında, xalq deyimlərində yatır. Xalq öz qəhrəmanını, xilaskarını belə cəzalandırır, öldürür və ya mükafatlandırır. Bir dastan xalqın bədii gücüylə yaratdığıdırsa, xalqın sevdiyi qəhrəmanını da əsərdə yaşada da bilər, yəni öldürməz. Elə isə "Kitabi Dədə Qorqud”da Beyrək də yaşaya bilərdi. Xalq öz sevdiyini əsərdə niyə öldürsün ki?

(Istinad mənbəyi kimi Kamal Abdullanın "Gizli Dədə-Qorqud” kitabına nəzər yetirə bilərsiniz)

Qafqaz və türk toplumunda bir qadının hisləriylə oynamaq, öz xoşbəxtliyini başqasının aldadılmış hisləri hesabına qurmaq ən bağışlanmaz günahlardandır. Necə ki, Beyrək də əsirlikdə olarkən öz azadlığı naminə başqa bir qadının hisləriylə oynadı, sevgi sözü, onu gəlib aparacağı sözünü verdi. Amma hər şey onun azadlığı, öz Banuçiçəyinə qovuşmaq üçün idi.

Xalq da bütün qəhrəmanlığına, xalq sevgisinə bamxayaraq onun bu günahını bağışlamadı və dastanda öldürdü. Baxmayaraq ki, onun ölüm səbəbi bu deyildi. Istənilən halda hansı yolla olursa, olsun bu cəza həyata keçməliydi və keçdi.

Filmlə dastanın özünü qarışdıranlarsa yaxşı olar ki, bu barədə mülahizə yürütməsinlər.

Sözümün canı nədir? Sən istedadlı yazıçı, alim də ola bilərsən. Gözəl əsərlər də yarada bilərsən. Sağlığında sevilə, məşhur da ola bilərsən. Amma vicdansızlıq etsən, şəxsi mənafeyin, hislərin naminə qoyduğun mövqelərə, yanaşmalara görə xalq mütləq hardasa səni "öldürəcək”. Xalqın genetik yaddaşı səni və ruhunu heç zaman rahat buraxmayacaq. Ən azından belə öldürmələrlə qisasını mütləq alacaq.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK