SON DƏQİQƏ:

Tüfəng icad olundu, kişilik getdi!

  26654   |  
Şriftin ölçüsü  

Fateh Sultan Məhməd daxil Osmanlı tarixiylə bağlı şəkillərdə və son dövrdə TV-lərdə göstərilən seriallarda qılınclar bəzən düz, bəzən də əyri formada olur.

Bu məsələni çox müzakirə edirlər.

Biz isə qılıncın əyriliyindən və düzlüyündən asılı olmayaraq necə istifadə olunmasından danışaq.

Osmanlı padşahları içəridə və çöldə qılıncdan tez-tez istifadə ediblər.

Nəticədə, qılınc ölüm və qan deməkdir.

Dünyanın hər yerində və hər dövründə.

Tarix də belə bir şeydir.

Öz baxış bucağınızdan dəyərləndirə bilərsiniz.

Məsələn, qılıncın istifadə olunmadığı hallar da olub.

Padşahların ailədaxili qan davası olmasın deyə qılıncla deyil, çuvalla boğdurmaq, yaxud asdırmaq, bəzən də oxla öldürmək üsulundan istidadə etdikləri bəllidir.

Bəzilərini qəfəsdə saxlayıblar.

Ərtuğrul bəyin ölümündən sonra Kayı tayfasının başına keçən Osman bəy özünə siyasi rəqib olaraq gördüyü 90 yaşlı əmisi Dündar bəyi oxla öldürərək bu işə start verib.

62 il sonra I Murad iki qardaşının gözlərini qaynar dəmirlə kor edəndən sonra oğlunu və ölən qardaşı Süleyman paşanın oğlu Məlik Nəsiri öldürdü.

Tək-tək izah etməyin mənası yoxdur, çünki sultanların böyük hissəsi atalarını, qardaşlarını, qardaşlarının hamilə olan arvadlarını ya boğdurub, ya da öldürüblər.

Misal üçün, atası III Muradın yerinə padşah olan III Məhməd taxta çıxar-çıxmaz 19 qardaşının hamısını boğdurtdu. Boğdurtduğu yetkinlik yaşına çatmayan iki şahzadədən daha əvvəl hamilə qalmış 7 cariyəni də dənizə atdırdı və 16 yaşlı böyük oğlu şahzadə Mahmudu boğdurtdu.

Bu, rekorddu, rekord.

Öz aralarında qohumlarını öldürmək yarışına girən padşahlardan on dördünün də devrildiyini unutmayın!

Bunlardan biri də 33 il taxtda oturan II Abdulhəmiddir.

17 oktyabr 1922-ci ildə ingilislərin qayığına minib qılıncı ilə İstanbuldan ayrılan Vəhdətdin Osmanlı tarixinin son padşahı olub.

Fateh II Məhməd 19 yaşında Ədirnədə taxta çıxdığı ərəfədə Cohans Qutenberq Almaniyanın Mainz şəhərində ilk mətbəəni icad etmişdi.

1492-1494-cü illərdə qardaşı Cemin öldürülməsi üçün Papa və Fransa kralına rüşvət verdiyi ərəfədə Xristofor Kolumb yeni qitəni kəşf etmişdi.

Qayıdaq qılınca.

Osmanlı tarixində qılınc yalnız ailə içində istifadə olunmayıb.

1299-cu ildən 1922-ci ilə qədər 623 il davam edən Osmanlı İmperatorluğu dövründə 44, ya da 45 vəziri-əzəmin kəlləsi qılıncla vurulub.

Eynilə İŞİD-çilərin elədiyi kimi.

Boynu vurulan ilk vəziri-əzəm Fateh Sultan Məhmədə asi çıxmaqdan günahlandırılan Fateh tərəfindən boğdurulan Çandarlı Xəlil Paşadır.

Qılıncla boynu vurulan vəzirlərin sayı isə bəlli deyil.

Hə, gələk Osmanlı dövründə padşahın əmri ilə kəlləsi qoparılan şeyxülislamlara.

Ahizadə Hüseyn Əfəndi IV Muradın dövründə, Xocazadə Məsud Əfəndi IV Məhmədin dövründə və Feyzullah Əfəndi III Əhmədin dövründə padşahın fərmanı ilə öldürülüb.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK