adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Əzizə İsmayılova: BRİFİNQDƏN NƏTİCƏ

ƏZİZƏ İSMAYILOVA
81766 | 2020-07-01 09:10

1) Hazırda içində olduğumuz sərt karantin rejimi, 2 həftə də uzadıla bilər. Bu haqda fikir var- İlk olaraq H. Hacıyev belə dedi. Sonda isə əminliklə dedi ki, növbəti iki həftə ərzində də sərt karantin tətbiq edilir...

Deməli qərar iyulun 5-də açıqlanacaq. Hazır olun. Yay da belə getdi, bir sözlə..

2) SMS icazələrdə gün ərzində hər koddan yalnız 1 dəfə istifadəyə icazə verilməsinin yaratdığı problemlə bağlı suala cavab olMAdı. Yaqut xanım bildirdi ki, bu, Tibbi Qərargahın yox, OQ-ın verəcəyi qərardır.

3) Karantin rejimi niyə nəticəsini vermir?

Yaqut xanım: "Səhv edirsiniz, karantin nəticəsini verir. Görürük ki, yoluxmaların sayı stabilləşib. Yoluxma 500-ün üstü olsa da biz daha çox yoluxmanın qarşısını almışıq."

4. Şadlıq saraylarında xəstə qəbul olunurmu? - Xeyr, olunmur.

5. Ramin Bayramlı da sağ-salamatdır və işinin başındadır. İşi çoxdur, brifinqə gəlməyə artıq vaxtı yoxdur- belə başa düşdüm.

6. Vətəndaş test vermədiyi halda necə ola bilir ki, ona pozitiv cavab gəlir? Test verən insanlara da belə sms getməsi məsələsi

Yaqut xanım: Vətəndaşlara e-təbib vasitəsi ilə nəticələr çatdırılır. Artıq sms`lə mesaj getmir və getməyəcək. Yeni tətbiqdir deyə, bəzi çatışmazlıqlar olub. Bununla əlaqəli 8113 qaynar xəttinə müraciət edə bilərsiniz.... - cavab ancaq bu idi...

7. Xəstələrə ev şəraitində necə xidmət göstərilir?

- SN nümayəndəsi: akt bağlanır, iltizamnaməyə qol çəkirlər, evi tərk etməmək şərti ilə. Ehtiyac olsa, poliklinikadan gəlib baxacaqlar.

8. Sərt karantin uzadılsa eyni məkanlarda tətbiq olunacaq?
- Cavab verən olmadı. Üstündən keçdilər, ya da yaddan çıxdı.

9. Dərmanların tapılmaması və süni qiyməti ilə bağlı..
- TƏBİB dərmanların satışı və tərkibi ilə məşğul olmur.

10. Covid 19 testlərinin kütləvi aparılması mümkündürmü?
Yaqut xanım: Bu gün bizim apardığımız testlər PZR-dir, bu testlər dünyanın heç bir yerində küləvi aparırlmır.

11. TTY a zənglərin cavabsız qalması məsələsi
Özünüz izləyin, 2-3 cümləyə sığmır

12. Naxçıvana təyyarələrin sayı artırıla bilərmi?
Hikmət Hacıyev diplomatik şəkildə ətraflı danışdı. Amma konkret "hə" və ya "yox" cavabı vermədi. Belə başa düşdüm ki, yoluxmaya əsasən artırıla da bilər, artırılmaya da. Yaşıyarıq görərik.

Hər şey aydın oldu. Bircə aydın olmadı ki, SN-in nümayəndəsi "Pandemİya" sözünü niyə "pandEmiya" deyə tələffüz edirdi?

Bir də Hikmət Hacıyev diplomatik yanaşmaları ilə brifinqi konkret əlinə almışdı...

Di sağ olun... Məsuliyyətli olun.


TƏQVİM / ARXİV