adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: DÜNƏNİMDƏN BU GÜNÜMƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59105 | 2020-06-08 15:44

Çox hörmətli Səyyadmüəllim, indiki zamanda, insanların əsəblərinin tarıma çəkildiyi məqamda yəqinki, məktub oxumağa hamı kimi sizdə də həvəs olmayacaq. Amma neyləyim ki, sizinetdiyiniz mənəvi "təyziqdən” sonra mən bu məktubu yazmağa məcburam. Düşündümki, həyat bir göz qırpımıdı. Sabaha o qədər də güvənmək olmaz. Ona görə dədüşündüyümü, ürəyimdə olanları yazıb müəyyən mənada yüngülləşmək istədim. Həm dədüşündüm ki, bu məktubu yazmaqla oxucuların yaddaşında bir balaca işartıyaratmış olaram. Kimlərinsə yadına dünəni düşər... kimlərinsə yaddaşı oyanar...kimlərinsə sabahı xəyalında canlanar... Bax, bütün bunları düşünə-düşünə bir dəgördüm ki, məktubu bilgisayara diqtə edirəm. Və...

Ötən həftə mənəsəmimi bir aftoqrafla sonuncu kitabınızı göndərmişdiniz. Kitabın tərtibatı və həmino səmimi sözlər tam səmimi deyim, "saqqızımı” oğurladı. Və elə evdə qaldığımızbu günlərdə kitabı əvvəl maraqla, sonra öz həyatım kimi oxumağa başladım. Onagörə "maraqla” və "öz hayatım kimi” ifadələrini qabardıram ki, diqqəti çəksin.O diqqəti ki, o bir az korşalıb... bir az zamanın axarında qaysaqlanıb və deyəsənağrısı azalıbdı. Amma əsl həqiqət də, o diqqət də, o qaysaqlayan yara da öziçində qan verir. Və biz bəzən hiss etmədən baxdığımız bu qanın qurbanlığıolduğunu unuduruq. Və...

"Elm və təhsil”nəşriyyatında işıq üzü görmüş roman təkcə bədii əsər kimi yox, həm də bir gerçəkhəyat hekayəsi kimi mənim əlimdən tutub dünənimə apardı. Doğulduğum bölgəningözəlliklərini, bu bölgənin adamlarının və bir də bu bölgənin yaşamınıyaddaşımda bir kino lentinə çevirdi. Mən də o lentin izləyicisi oldum. Kinolentfırlandıqca tanıdığım adamların siması mənimlə göz-gözə gəldi... nəfəs-nəfəsədayandı... Onlar heç qocalmamışdılar. Elə 90-cı illərin əvvəllərində olduğukimi qalmışdılar. Bu ölümsüz qocalmayan adamlar Qarabağı çiyinlərinə qaldırmışdılar.Qoruyurdular Qarabağı – özü də quş tüfəngiylə, dayandoldurumla və bir dədöyüşün gərgin anında heç nəyə yaramayan silahlarla. Mən bu romanda AzərbaycanınCəbrayıl adlanan rayonunu, onun dağ kəndlərini, həmçinin özümün doğulduğumHadrud rayonunu, bugünkü Xocavəndin kəndlərini gəzib dolaşdım. Özü də atüstüyox, 30-35 il bundan əvvəlki kimi. Meşələrini də dolaşdım... bulaqlarından dasu içdim... adamları ilə də baş-başa qaldım. Bütün bunları mənə sizinyazdığınız "Başdaşı” romanı yenidən yaşatdı.Doğrusunu deyim ki, kitabı oxumağa başlayanda romanın adıylarazılaşmamışdım. Amma şəhid oğlunun başdaşının məzarı üstündə ucaltmağa məqamtapmayan ailəni, bu başdaşını özü ilə birlikdə Cəbrayıldan Beyləqana, oradan məskunlaşdığıdigər ərazilərə və nəhayət, Masazıra gətirib çıxaran... Bəli, Masazıra gətiribçıxaran Səməndərin, onun xanımının, qızı Minarənin... və digər ailə üzvlərinindözümünə, iradəsinə yalnız baş əydim. Ayrı heç nə deyə bilmədim. İnanın ki,romanı oxuduqca şahidi olduğum gerçəklikləri vərəqlərə hopmuş gördüm. İstər Cəbrayılınpolis rəisinin müavini Vaqif Məhərrəmovun, istər Cəbrayılda silaha sarılankönüllülərin, ziyalıların və ümumiyyətlə, "Vətən!” deyib silaha sarılan hər kəsindoğma çöhrəsi gəlib dayanır gözləriminönündə. Üstəlik, döyüş səhnələri yaddaşımda təzələndi. Yəni romanda müəllifinişarə etdiyi Sirik kəndindən tutmuş ermənilər yaşayan Zamzur kəndinə və digər ərazilərəqədər hamısı gerçəyin özü kimi həmsöhbət oldu mənlə...



Çox hörmətli Səyyadmüəllim, bir ailənin özüylə gəzdirdiyi başdaşı əslində mənim üçün özümlə gəzdirdiyimişğal altında olan kəndimdi. Mənim doğulduğum Tuğ kəndinin özüdü!.. Mən onuözümlə hər yerə aparıram. Və elə Səməndər də, oğlu Qürbətin başdaşını özü ilə gəzdirir. Hətta ata hava soyuq olanda oğlununbaşdaşını bükür ki, ona soyuq olmasın!!! Bu mənzərəni romana gətirmək, bu mənzərənioxucuya təqdim etmək ağrılı olduğu qədər də düşündürücüdür. Siz bunubacarmısınız. Mən bu romanda sizin bir yazıçı kimi Qarabağ müharibəsi barədə nəqədər böyük bilgilərə sahib olduğunuzun təkrar şahidinə çevrildim. Ona görə təkrardeyirəm ki, bizim döyüş bölgəsində olduğunuz məqamlar mənim yaxşı yadımdadı. Vəgörünür elə o məqamları siz yaddaşınıza köçürə-köçürə içinizdə "Başdaşı”romanını yazırmışsınız. Və o roman Qarabağ həqiqətlərinin həm əks-sədasıdır, həmdə gerçək üzü.

Bu roman biroxucu olaraq məni həqiqətən yaşadıqlarımın dizinin dibində orturtdu, lapçökdürdü!.. Anladım ki, ora dönüşdən başqa yol yoxdur. Çünki içimdə gəzdirdiyimbaşdaşı məni orada gözləyir.

Çox dəyərlimiz Səyyadmüəllim, romanınız barəsində isti-isti bölüşdüyüm bu fikirləri bir oxucunun ürəksözləri kimi qəbul etmənizi rica edirəm. Əsl ədəbiyyatçılar isə yəqin ki, bu roman barəsində susmayacaqlar. Sizəuğurlar arzu edirəm.


  • Aprel:
  • 5

TƏQVİM / ARXİV