"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib
Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.
Adalet.az "Statcounter" agentliyinin hesabatına istinadən bildirir ki, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib.
Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 11,6 faiz bəndi azalaraq 7,76 % (7,09 % və 19,36 %) təşkil edib.
İlk beşliyi 5,24 %-lik (23,25 % və 5,51 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 18,01 faiz bəndi, illik müqayisədə isə 0,27 faiz bəndi azalıb. Beləliklə onun bazar payı ay ərzində 77 % azalıb.
Digər Xəbərlər
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39
Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir
26 Fevral 2026 12:29


Bakı -°C

