Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib.
adalet.az xəbər verir ki, IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.
Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyinin vurğulayıb. O, qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.
Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin bədii hissə də nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

