"İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar..."
"Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artasa da, qeyri neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb:
"Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə bənd üstələyir. Bu qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb. Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.
Enerji sektorundakı azalmaya gəldikdə isə, bu daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, qaz hasilatı isə 2,8 faiz artmışdır. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.
Bütün bunlar ilə yanaşı, iqtisadiyyat şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

