SON DƏQİQƏ:

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

  98877   |  
Şriftin ölçüsü  

"Kənd müəllimi”nin növbəti qonağı Goranboy rayonunun Nizami kənd tam orta məktəbinin azərbaycan dili və ədəbiyyatı müəllimi Səməndər Həsənovdur.

-Təhsilindən danışardın.

-Kəlbəcər rayonunun Həsənlər kəndində doğulmuşam. 1993-cü ildə məcburi köçkün kimi Goranboy rayonunun Meşəli kəndində məskunlaşmışıq. ADPU-da bakalavr, 2014-2016-cı illərdə BSU-da magistr təhsili almışam. 2017-ci ildən ADU-da dissertantam (Elmi işim: "Azərbaycan dialektologiyasının inkişaf tarixi” ). 3 elmi məqalənin və 5 tezis müəllifiyəm. 2012-ci ildən pedaqoji fəaliyyətlə (Goranboy, Ağcabədi, Bakı, Siyəzən və Gəncədə müəllim kimi) məşğulam. 2017-ci ildə TN-nin "Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin Goranboy rayon üzrə qalibi olmuşam. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən elan olunmuş "Təhsildə İnkişaf və innovasiyalar üzrə I qrant müsabiqə”nin şəxsən ("Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi” layihəsi) qalibi, bir çox layihələrin isə eksperti olmuşam. Hal-hazırda Goranboy rayonunda və Gəncə şəhərində pedaqoji fəaliyyətlə məşğulam. Ən böyük arzum işğalda olan torpaqlarımızın azad olunmasını tezliklə görmək və pedaqoji fəaliyyətimi o rayonlarımızda davam etdirmək, eyni zamanda həmin rayonlarımızın dialektlərini toplamaqdır.

Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər

-Ümumiyyətlə, bu peşəyə münasibətin necədir?

-Hamıya məlumdur ki, bizim əsrin əvvələrində müəllimlik peşəsini seçənlərin çox hissəsi xanımlar idi. Mən də orta məktəbdə oxuyanda həm hüquqşünas, həm də həkim olmaq fikirlərim var idi. Ancaq sonralar ədəbiyyat müəllimimizi çox sevdiyim üçün müəllim olmaq, həm də ədəbiyyat müəllimi olmaq istədim. Şükür ki, bu gün də elə ədəbiyyat müəllimiyəm. Çox xoşbəxtəm ki, sevdiyim peşə ilə məşğulam. Ümumiyyətlə, son illər dövlətimiz tərəfindən bütün sahələrdə aparılan islahatlar təhsil sahəsində də çox uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi xüsusi vurğulanıb. 5 strateji istiqamətdən biri kimi "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” müəyyənləşdirilib. Son illərdə təhsil sahəsində əldə edilən ən böyük uğurlar müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların bu peşəyə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib.



Faktlardan göründüyü kimi, dünənə qədər "müəllim nüfuzu aşağı düşür”, "Kişilər müəllim peşəsindən uzaqlaşır”, "Pedaqoji sahəyə maraq azalır” və s. deyə həyəcan təbili çalınırdısa, bu gün bu peşə ətrafında tam fərqli mənzərə yaranır. Səbəb nədir? Təhsil Nazirliyi tərəfindən bu sahəyə marağın artması üçün qəbul edilən qərarlarmı? Müəllimlik peşəsinin nüfuzunun artmasımı? Yoxsa peşənin əmək bazarına uyğunlaşmasımı? Xatırladaq ki, pedaqoji sahəyə marağın artması üçün qəbul edilən qərarlar içərisində ilk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulunun elektron mexanizmlər əsasında müsabiqə yolu ilə həyata keçirilməsi, ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planının hazırlanması və s. kimi əhəmiyyətli dəyişikliklər var. Elə bunun nəticəsidir ki, son beş ildə müəllim peşəsini seçənlərin içərisində kişilər də xeyli sayda çoxalmışdır.

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi... Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.

–Məktəb – bir insan, bir vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir.

Hər bir şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.

Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar.

–Valideyn müəllimlə həmişə əlaqə saxlamalı və övladı ilə daima maraqlanmalıdır. Valideyn övladının dərslərilə maraqlanmalıdır.

Mən özüm, ziyalı ailəsində böyüməsəm də atam bizim dərslərimizə qarşı çox tələbkar idi. Ona görədir ki, biz ailədə üç qardaşıq üçümüz də ali təhsilliyik. Ümumiyyətlə, ailənin təhsilə təsiri çox önəmlidir. Təcrübəmə əsasən deyim ki, biz şagirdə baxdığımız anda, artıq onun necə bir ailədən çıxdığını görürük. Valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.

Bütün təkliflərdən imtina etdim

-İlk təcrübən necə başladı?

-2012-ci il oktyabr ayı idi hərbi xidmətdən qayıtmışdım. Artıq məlumdur ki, müəllimlərin işə qəbulu müsabiqəsi yay aylarında keçirilir və mən oktyabr ayında hərbi xidmətdən qayıtdığım üçün növbəti ildə müsabiqə vaxtını gözləməli idim. Qonşu kənddə yerləşən məktəbdə hərbi rəhbər vəzifəsi boş idi və mənə məktəb rəhbərliyindən məlumat gəldi ki, sənədlərini bizə təqdim elə. Mən də sənədlərimi məktəbin rəhbərliyinə təqdim etdim hərbidə "Çavuş” rütbəsi aldığım üçün mən məktəbə hərbi rəhbər təyin olundum. İki il həmin məktəbdə hərbi rəhbər, eyni zamanda ixtisasım üzrə tədris aparırdım. O zaman məktəbdə 5-ci sinfim var idi o uşaqların mənə qarşı hislərini, gözlərindəki ümid dolu baxışlarını hiss edəndə müəllimlik peşəsinə sevgim daha da artdı. Bəlkə də elə o sevgidən idi ki, özəl təşkilatlardan işlə bağlı mənə təkliflər gəlsə də mən bütün təkliflərdən imtina etdim.

-Ağcabədidəki həyat yolundan danışardın.

-2014-cü ildə mən magistratura imtahanlarında iştirak edərək Bakı Slavyan Universitetinə qəbul oldum. Məcbur qalıb işlədiyim məktəbdən çıxmalı oldum. Bununla bağlı ailədə atamın və digər qohumların qınaq obyektinə tutuldum ki, indi işə girmək, iş tapmaq çətindi... Amma mən belə düşünmürdüm. Hər zaman içimdə bir özgüvən olub ki, o mənə stimul verib. Əslində siz yaxşı mütəxəssissizsə sizə hər zaman ehtiyac olacaq. Bundan qorxmaq lazım deyil. Eyni zamanda özünə inam olmalıdır. Həmin ili mən eyni zamanda müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Ağcabədi rayon Bilağan kənd tam orta məktəbinə müəllim təyin olundum. Mən həftədə üç gün tədris aparırdım, iki gün isə universitetədə olurdum. Düzdür, çətin idi amma mən buna öyrəşmişdim. Bir il işləyəndən sonra mən bu çətinliyin daha da çoxaldığını hiss etdim. Çünki magistr dissertasiyası yazmaq və müdafiə işlərimlə əlaqədar Ağcabədidə işlədiyim məktəbdən də öz ərizəmlə işdən çıxıdm. Yenə də mən həm ailəmizdəkilər həm də ətrafımda olan dostlar tərəfindən qınaq obyektinə çevrildim. Ümumiyyətlə deyim ki, ilk üç iş yerimdə işdən ayrılanda qınaq obyektinə çevrildimsə də sonralar hamı adi hal kimi qəbul etmişdi. Hətta Siyəzən rayonunda işləyəndə bir dəfə atam dedi ki işdən çıx. Mən səbəb gətirdim ki, bəs işdən çıxmaq çətindi, iş tapmaq olmur, onda atam dedi ki, sənin işə girməyin axı asandı. 2015-2016-cı tədris ilində mən Bakıda özəl bir kursda həm müəllimlik fəaliyyəti göstərirdim, həm də magistr təhslimi davam etdirirdim. Ağcabədidə çox maraqlı fəaliyyətim oldu. İşlədiyim həmin məktəbin həm kollektivi, həm uşaqları həm də kənd camaatı çox fərqli idi. Çox isti münasibət vardı ümumiyyətlə bizə orda. Cəmi bir il orda işləməyimə baxmayaraq bu gün də məktəbin kollektivi ilə dostluq əlaqələrimiz var.


-Sonra Dağquşçuya gəldin.

-2016-cı ildə mən magistr təhsilimi bitirib yenidən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək yüksək bal topladım. Yüksək bal toplamağıma baxmayaraq mən yenidən ucqar kənd məktəbini – Siyəzən rayon Dağquşçu kənd tam orta məktəbini seçim etdim. Kənd rayon mərkəzindən uzaq idi, həm də kənddə şərait zəif idi. Yəni kənddə qaz yox idi, işıqdaki günün müəyyən saatlarında yanırdı - hava şəraitindən asılı olaraq çoz zaman bir, iki günlərlə yanmırdı. Kənd böyük olsa da şəraitlə bağlı əhalinin çox hissəsi şəhər mərkəzlərinə köçüb getmişdi. Buna görə də kənddə yaşayan əhali az idi. Məktəbdə cəmi 64 şagird var idi. Kənd rayon mərkəzindən həm uzaq idi, həm də əhali az olduğuna görə kəndə gediş-gəliş az olurdu. Rayon mərkəzinə gəlmək üçün gərək xüsusi taksi xidmətindən istifadə edəsən. Taksi deyəndə ancaq Niva və UAZ avtomobilləri ilə gedib-gəlirdik. Qış aylarında xüsusən çətin olurdu gediş – gəliş. Həmin il mən sənədlərimi doktoranturaya vermişdim deyə Bakıda qalırdım. Bakı və Sumqayıt şəhərlərindən (elə sizin özünüz) də həmin məktəbə təyin almış müəllimlər var idi ki, biz hər həftə birlikdə gedib-gəlirdik. Bu bir az işimizi yüngülləşdirirdi.

-Bir evdə kirayə qalırdıq. Yadındadırsa mən heç vaxt yemək bişirmirdim. Bişirmək vaxtı gələndə deyirdim ya şeir yazıram, ya da vacib müsahibə verirəm. Məni yola verirdiniz?

-Hə yadımdadır, sentyabr ayı idi məktəbə gedəndə səninlə tanış oldum. Və biz yerdə qalası olduq. O da yadımdadır ki biz üç nəfər bir yerdə qalırdıq və ev işlərini də aramızda bölüşdürmüşdük. Biz daha çox yemək bişirir, sənsə təmizlik işlərini edirdin, ancaq çox zaman qab yumaq vaxtı gələndə sən ya şeir yazıram, ya da vacib müsahibəm var deyib işdən yayınırdın. Yemək hazır olsa da təmiz qab-qacaq olmadığından məcbur yeməyi qazanda yeyirdik və səni yola verirdik.

-Sonra yenə yerini dəyişdin. Kənd-kənd gəzmək həvəsin nədəndir? Özünü tapa bilmirsən hardasa?

slində özümü tapa bilməmək deməzdim, düşünürəm ki,daha çox dəyişikliyə və yeniliyə meyilli olduğumdandır.

-Şahidi olursan ki, müəllimlərin əksəriyyəti müasir kurikulum sistemindən narazıdır. Bu işlər necə nizamlanmalıdır ki, hamı razı qalsın

-Bilirsiz, Kurikulum əslində bir sistem deyil sadəcə konseptual sənəddir. İndiki təlim Fəal təlimdir. "Fəal(interaktiv) təlim dedikdə şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlim nəzərdə tutulur. Bəlkə də ənənəvi təlim bizə ona görə rahatdır ki, özümüz bu təlim forması ilə təhsil almışıq. Amma bu o demək deyil ki elə biz də bu təlim forması ilə davam etməliyik. Bu gün biz "Virtual məktəb” kimi layihələrdən danışırıqsa əlbəttə ki biz ənənəvi təlimdən söhbət aça bilmərik.Məncə indiki halda əlbəttə ki, biz də yanaşmamızı dəyişməli idik. Çünki XXI əsrin tələbləri tamamilə başqadır. İnformasiya əsrinin tələbləri, bazar iqtisadiyyatı və s kimi tələblər. Ona görə də əlbəttə ki yanaşma dəyişməli idi. Və düşünürəm ki, təhsildə indiki yanaşma düzgündür.

-Dillər universitetində dissertantsan. Təhsilini davam etdirməklə hara varmaq istəyirsən?

-Bəli hal-hazırda folologiya elmləri doktoru, professor Adil Babayevin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetində Dissertantam. Elmi işim Azərbaycanın dialektləri ilə bağlıdır. Ən böyük arzumdur ki, işğal olunmuş ərazilərimizin itib-batmaqda olan dialektlərini toplamaq və qoruyub saxlamaq. Ümumiyyətlə elmə marağım çoxdu və yəqin elə bundandır ki, məhz təhsilin bu səviyyəsinə gəlib-çıxmışam. Çox maraqlıyam araşdırmaq,axtarışda olmaq və s. Bəlkə də ona görədir ki, müdafiə etmək qərarına gəldim.

-Müəllimlik fəaliyyəti dövründə maraqlı hadisələrlə də rastlaşmış olarsan.

-Siyəzən rayonu Dağquşçu kəndində müəllim işləyəndə belə bir maraqlı hadisə olmuşdu. Kənddə kirayədə qaldığımız evin küçə hissəsində böyük bir daş vardı ki , biz boş vaxtlarımızda o daşın üstündə oturub söhbət edərdik. Bir dəfə kirayə qaldığımız evin sahibəsi yaşlı nənə mənə dedi ki, bala, deyəsən evlənmək istəyirsən. Mən bu fikrin hardan gəldiyini soruşdum. Deməli o kənddə o daşa "elçi daşı” deyirmişlər. Subay şəxlər o daşın üstündə oturursa deməli həmin şəxs evlənmək istəyi olduğunu bildirirmiş. Həmin gündən o daşın üstündə oturmadıq.

-Həm də təhsil menecerisən. Bu mencerlərin işi nədir?

2016 – ci ildən Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Hal-hazırda Azərbaycan Respublikası Təhsil İnstitutu) tərəfindən "Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi başladılıb. Bu layihənin məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkminləşdirmək olmuşdur. Mən bu layihəyə 2017-ci ildə qoşulmuşam. İşimiz daha çox bölgələrdə icra olunan layihələrə dəstək vermək və icrasına kömək etmək. Artıq pilot layihə kimi Bakı şəhərində başladılmış bir çox layihələrin bölgələrdə də tətbiq olunmasına başlanılmışdır ki, bizim işimizin də demək olar ki əsas hissəsi elə bu layihələrin icrasına dəstək verməkdir. Bu layihələrə misal olaraq STEAM, "Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili" layihəsi, Respublika Fənn Müsabiqələrinin rayon(şəhər) və zona mərhələlərinin keçirilməsi, IX siniflərin buraxılış imtahan nəticələrinin yaxşılaşdırılması ilə bağlı monitorinqlərin keçirilməsi kimi işlərdə yaxından iştirak edirik. Bu layihələrdən əhatəliliyinə görə geniş yayılmışı əsasən rayon mərkəzlərində və kənd ümumtəhsil məktəblərində yaradılan "İcma əsaslı təhsil mərkəzləri”dir ki bu layihədə Samux və Goranboy rayonları üzrə koordinatoram.

Söhbətləşdi: Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK