SON DƏQİQƏ:

MAŞINLAR ŞƏHƏRƏ ÇIXA BİLƏR, YA BİLMƏZ? - Əzizə İsmayılova yazır

  57371   |  
Şriftin ölçüsü  

Qurumlar arasında kommunikasiya sıfır. DİN-in rəsmisi hələ 2 gün əvvəl açıqlama verir, Operativ Qərargah məlumat verir ki, nəqliyyat necə işləməlidir.(profilimdə də, saytlarda da qərar var. DİN-dən şəxsən aldığım münasibəti detallarına kimi yazmışam )

Bu gün Vaqif Əsədov çıxır, illərdir konstruksiyasına belə dəyişiklik etmədiyi standart cümlələri bildiyi və ya öz başa düşdüyü kimi dəyişib deyir, bütün saytlar portallar da tirajlayır,

Sonra yenidən zəng vurursan DİN-ə, Qərargaha ki, "axı dünən belə demişdiniz, indi necə oldu ki, nəqliyyatın hərəkətinə kamera ilə cərimə yazası oldunuz? Necə müəyyən ediləcək nömrə ilə kim vacib çölə çıxıb kim yox? Axı qərarda belə tələb yoxdur"

Hamısı deyir, "biz belə qərar və göstəriş verməmişik", aradan 1 saat keçir ya keçmir, Əsədovun dediklərini xəbər edən saytlar, portallar yazdıqları kimi də xəbəri silirlər.. Bəziləri də mətni redaktə edir. "Məsləhət edirik, tövsiyə veririk, sürücülərə izah edirik, filan" kimi..

Soruşsan, Əsədov da deyəcək, "mən elə söz deməmişəm. Səhv yazıblar"..

Yəni, bu dərəcədə səriştəli, müntəzəm və zəncirvari iş görürük. Virusla mübarizə aparırıq, tipa. Yaz, sil. Sil, sonra yenə yazarsan.

Nəqliyyatın hərəkətinə Bakı, Abşeron, Sumqayıt ərazisində heç bir məhdudiyyət qoyulmayıb, nə şəxsi, nə avtobus. Qadağa şəhərLƏRarası nəqliyyata qoyulub - DİN və Operativ Qərargah...

ŞəhərLƏRarası deyəndə, rayon və bölgələrdən gələn nəqliyyat nəzərdə tutulur, şəhərin içindəki yox...

Əminəm aydın oldu...

P,S, Bir məsələ də var, maskasız, əlcəksizlərin 100 manat cərmələnməsi məsələsi, onu da əlavə yazacam. Səbrli olun..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK