adalet.az header logo
  • Bakı 7°C
13 Yanvar 2021 15:54
148514
MƏDƏNİYYƏT
A- A+

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

 

 

İlk ali geyim üslubu, müasir kraliyyət ailəsinə məxsus qadın paltarları bilirsinizmi kimə məxsusdur?Bu üslübda fərqlənən ilk geyim simvolu şübhəsiz Britaniya kral ailəsinin üzvü, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetin kiçik bacısı Şahzadə Marqaret Rouza!
 
Adalet.az xəbər verir ki, Şahzadə Marqaret 21 avqust 1930-cu ildə Şotlandiyada  Qlams qəsrində anadan olub. О,VI Georqun vəYelizaveta Bouz-Layonun kiçik qızı idi. Şahzadə  Bukingem sarayında  xaç suyuna salınıb. Onun xaç atası böyük əmisi, gələcək kral VIII Eduard, xaç anası isə sonradan Danimarkanın kraliçası İnqrid oldu.
 
1936-cı ildə əmisi VIII Eduard taxt-tacdan əl çəkir və Marqaretin atası kral olur. O, uşaqlıq vaxtında bacısı ilə birgə tərbiyə edilib. İkinci dünya müharibəsində Londonun bombardman edilməsinə baxmayaraq,Vindzor sarayında qalır.
 
Bəli, söhbət həyatı maraqlı epizodlarla dolu olan, Kraliça Elizabetin heç vaxt taxta çıxa bilməyəcək dəlisov, əyləncə və içki düşkünü bacısı Marqaretdən gedir ... Bu gün çox adam Marqareti tanımır, amma 1950, 1960 və 1970-ci illərdə onun özünə görə çevrəsi vardı, gündəmi zəbt edən olay və hərəkətlərlə məşhur idi. Gecə həyatında müxtəlif kişilərlə münasibətləri, inadkarlığı, pis vərdişləri və tərzi ilə İngilis mətbuatının hədəfi olub. O illərdə şərhçilər. sosioloqlar həyəcanla Marqaretin belə davam edərsə, hətta kralı məhv edəcəyinə də şübhə etmirdilər.
 
Əslində kral ailəsin içində nələr baş verdiyindən xəbərimiz olmadığı üçün Marqaretin niyə məhz kral ailəsini dedi-qodu mövzusuna çevirdiyini də başa düşməyə çətinlik çəkirik. Düşünürük ki, Şahzadə Margaret "Kraliçanın pis bacısı” kimi göstərilsə də, gündəlik həyatında baş verən şəxsi və özbaşına münasibətlər, uğursuz evliliyi, böyük bacının kraliça olması, bu səbəbdən kiçik bacının azad hərəkətlərinin qarşısını almaq cəhdləri onu belə bir həyata məcbur edib.
 
Yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq Margaret, insanlarla necə ünsiyyət qurmağı bilən çox əyləncəli, yumorlu bir insan idi. Bu hisslər onu ilhamlandırırdı. Bu gün kraliyyət ailəsinə məxsus dəbli geyimlərdə ailənin gəlinləri şahzadə Diananın, Meqan Marklinin, Keyt Middletonun adı çəkilsə də, şahzadə Marqaretin sözün həqiq mənasında əsl kral moda ikonası olduğu danılmaz faktdır.
 
15 yaşından bəri davamlı və intensiv siqaret çəkdiyinə görə, qaraciyərinin bir hissəsi 1985-ci ildə götürülmüş, lakin yenə çəkməyə davam edən Marqaret, 1993-cü ildə ağır sətəlcəm ilə xəstəxanaya yerləşdirildi. 1998-ci ildə hamamda iflic vəziyyətinə düşdü. Ayağını sındırdı və gəzmək qabiliyyətini itirdi. 2002-ci ildə isə dünyasını dəyişdi .
 
Adalet.az Şahzadə Marqaretin 1950, 1960 və 1970-ci illərə təsadüf edən kral geyim üslubunu oxuculara təqdim edir.
 
Əntiqə Rəşid