SON DƏQİQƏ:

“Qarabağ”ı məğlub edə bilsək..." - "Düdelanj"ın baş məşqçisi

  35587   |  
Şriftin ölçüsü  

"Yüksək əhval-ruhiyyədəyik. Kiçik komandayıq və əla macəralar yaşayırıq. Bizdən heç kim heç nə tələb etmir. Artıq bizə Avropada da ciddi yanaşırlar. "Qarabağ”ı məğlub edə bilsək, qrupdan çıxmaq perspektivi daha çox olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Düdelanj”ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, Ağdam klubunu məğlub etmək imkanlarının olduğunu vurğulayıb: "Bilirik ki, qalib gələ bilərik. Evdə oynamağımız əsas üstünlüyümüzdür. Təsəvvür edin ki, "Sevilya” APOEL-i məğlub etsə, biz də qələbə qazansaq, qrupda vəziyyət necə olacaq. Əlbəttə, yarışda nə isə etmək istəyirik. Futbolçularımda heç bir təzyiq yoxdur. Onlara "meydana çıxın, şənlənin, oyununuzla kim olduğunuzu göstərin” deyəcəyəm”.

B.Krasson rəqibin evdə və səfərdə fərqli futbol oynadığını söyləybi: "Mən "Qarabağ”ın oyunlarını bir az izləmişəm. Təhlillər aparmaq üçün bir az da vaxtım qalıb. Düşünürəm ki, "Qarabağ” evdə və səfərdə fərqli futbol oynayır. Bu amil oyunun əvvəlində bizə kömək edə bilər. Lakin bir daha təkrarlayım ki, bizim bu rəqiblə matçda nəticə qazanmaq kimi öhdəliyimiz yoxdur. Söz verə bilərəm ki, rəqibi güclü narahat edəcəyik. Onlar bizim meydandan asan qələbə ilə getməyəcək”.

Qeyd edək ki, Lüksemburqun "Jozi Bartel” stadionunda keçiriləcək "Düdelanj” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK