SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: MÜDİR MƏNİ NİYƏ DANLADI?

  47411   |  
Şriftin ölçüsü  

Bəzən müdiri mən öz maşınımla ora-bura aparmalı oluram. Adamı da o qədər danlayır ki, yavaş sür, yolun sağın götür, solun götür, qabaqdakı maşından ehtiyatlı ol.

- Müdir, vallah, görürəm.

- Axmaq, axmaq danışma . Heç görmüsən ki, kimsə gözünü yumub maşın sürsün? Hamı görür də! Bəs, onda bu qəzalar niyə olur? Mən olmayanda bu maşını nə təhər sürürsünüz?

Uşaqlar deyir ki, Şumaxer də müdirin sürücüsü olsa, dünyanın bir nömrəli avtoşunu danlayacaq ki, pis sürürsən. Amma özü qırx ildən çoxdu maşın sürür, mən onun yanında Şumaxerəm.

Bir də görürsən bütün günü müdiri gəzdirməli oluram. Səhər danlayır ki, bu gün qəzetdə niyə yazın çıxmayıb? Deyə bilmirəm ki, bu gün qoymusan işdə oturam? Neyniyim, müdirdi də.

Heç futbolla aram yoxdu. Futbol olanda axşam da çağırır ki, gəl gedək futbola. Futbola getmək öz yerində, gərək 90 dəqiqə də «Qarabağ-Qarabağ» çığıram. Hər oyundan sonra da iki-üç gün səsim batır.

Yenə gedirik. Deyir, yaz də, bir belə mövzu var, niyə yazmırsan?

- Nəyi yazım , müdir?

- Bax, Bakıda az qala bir milyon maşın var, bunların da 90 faizi siqaret çəkir, hələ yanındakılar da. Sonra da ədəbsizcəsinə atırlar küçəyə, şəhəri zibilləyirlər. Süpürgəçilər süpürməkdən yorulur, hələ görmürsən maşın da vurur onları. Yaz, müzakirə mövzusu aç. İctimai qınaq çox ciddi məsələdi. Bax, susuruq deyin, ictimai qınaq yoxdu deyin, kim nə istəyir eləyir. Bax, bax, qabaqdakı maşına, mədəniyyətsiz, siqareti atdı küçəyə. Budey, onun şəklini çək, ver qəzetə, qoy utansın.

- Müdir, gəlib adamı döyərlər ey.

- Qələt eləyərlər, iki metr boyun var, səni döymək olar?! Bax, işə qayıdan kimi bunu yazarsan

Sonra müdir pəncərəni açdı əlindəki siqareti çırtmayla atdı bayıra.

- Ə, nemes, birdən bunu da yazarsan ey.

- Ağzım nədi, müdir.

Mən də yazmadım. Dedim, hirslənib işdən çıxarar.

P.S. Bu yazı siqaret cərimələrindən əvvəl yazılıb – 01. 05.2018.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK