SON DƏQİQƏ:

ŞƏRƏF TARİXİMİZƏ BAXIŞ

  53924   |  
Şriftin ölçüsü  
"...Bugündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır"... Bunu, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycanın müstəqilliyini elan edərkən, 28 May 1918-ci ildə bəyan edib.
28 may - yüz illərlə müstəmləkə halında yaşadıqdan sonra azadlığı dadan, ancaq onun qürurunu, fəxarətini yaşamağa macal tapmayan, Şərqdə ilk müstəqil demokratik ölkə kimi tarixə düşən Azərbaycan Cümhuriyyətinin doğum tarixidir. Bəs sonra nə oldu bizə? Niyə o azadlığın dadı damağımızda qalmışkən 70 il daha boyunduruq altında yaşamağa məhkum edildik? Səbəb çoxdu, lap çox...
Bütün ömrünü xalqının azadlığına, müstəqilliyinə həsr edən, bu yolda təqiblərə, sürgünə, haqsızlıqlara məruz qalan, bütün ailəsini bu yolda qurban verən və ən əsası Şərqdə ilk Demokratik Cümhuriyyəti yaradaraq, bugünkü müstəqilliyimizin təməlini qoyan bir mücahid haqqında niyə qısqanclıqla yazılır?
Məhəmməd Əmin Rəsulzadə haqqında bilgilərimizə, onun bu xalqın gələcəyi üçün etdiklərinə rəğmən ona qarşı olan ögey münasibətin adı vicdansızlıqdı. Bəzən yerli-yersiz iqtidara yarınmalar kreslo aşiqlərini elə hala gətirir ki, hansı situasiyada nə etmək lazım olduğunu kəsdirə bilmirlər. Amma unudurlar ki, Ulu Öndər hər vaxt tarixi şəxsiyyətlərimizi hörmətlə yad edib, onların haqqında gələcək nəslə nümunə olacaq faktlar söyləyib. Məhz dövlət təmsilçiləri, məmurlar, xalqın seçdiyi nümayəndələr və ümumiyyətlə, özünü ziyalı sayan hər kəs Ümummilli liderimizin həyatını, onun fəaliyyətini dərindən öyrənməlidirlər ki, sonda nöqsana yol verməsinlər. Axı Ulu Öndər canlı ensiklopediya idi. Çox təəssüf ki, bəzən həyatda doğru yerində olmayanlar bu məktəbdən öyrənməyi unudur və sonra da xalqın, ictimaiyyətin qınağına tuş gəlirlər. Bəzən yüksək çinli məmurların M.Ə.Rəsulzadəyə olan soyuq münasibətinin, hətta nifrətinin səbəbini tam anlamıram.
Başqaları Şərqdə ilk demokratik respublika olmaq kimi qüruru yaşamaq həsrətində olduğu halda biz keçmişimizdə olan belə dəyərləri görməzdən gəlmək, kölgələmək, keçmişə ləkə yaxmaq, onu yox saymaq kimi naqisliyi yaşayırıq. Məhəmməd Əmin Rəsulzadə də, Heydər Əliyev də Allahın xalqımıza bəxş etdiyi böyük bir lütfdü. Bu aydınlarımızı, dünyanın tanıdığı və qəbul etdiyi, həmçinin xalqımızın yaddaşında əbədi yaşayan şəxsiyyətlərimizi Allah millətimizə dövlətçiliyimizin banisi, xilaskarı, yaşadanı və həm də böyük dünyaya çıxaran nümayəndələr olaraq verib və bunları heç bir qadağa ilə nə unutdurmaq, nə də hansısa bir qanunla xalqın yaddaşına yazmaq mümkün deyil. Çünki, keçmişimizin dayağı nə qədər möhkəm olarsa, gələcəyimiz də o qədər aydın olar. Keçmişini unudan gələcəyini itirər. Tarixini unudan onu bir daha yaşamağa məcburdur, məhkumdur.
Biz isə artıq bu keçmişi məhz həmin şərəfli simalarla birlikdə şərəflə keçmişik.
İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir".
Məhəmməd Əmin Rəsulzadə Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakıda (Novxanı) doğulub, - 6 mart 1955-ci ildə Türkiyədə (Ankara) dünyasını dəyişib. Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!"ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Təbii ki, o böyüklükdə işləri Məhəmməd Əmin Rəsulzadə təkbaşına edə bilməzdi. Müvəqqəti hökumətin tərkibində olanları bir daha yad etməyi özümə borc bilirəm:
Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə...
Müdriklər yaxşı deyib: Dünənini unudan, bu gününü əks etdirməyən sabahını düşünməyənlərdi. Dünənimiz təməlimiz idi, bu gün biz o təməlin üzərində daş qoyuruq, sabah isə dünənin və bugünün təməli üzərində qurulacaq. Çox təəssüf, bugünkü gerçəyə söykənib deyə bilərəm ki, çoxlarının təməlsiz ev tikmək istədiyi bəllidi ki, o da bildiyiniz kimi, uçulmağa məhkumdur. İnsan əslini, keçmişini inkar edırsə, onun vətənpərvərliyinə də şübhə etmək lazımdı. Vətənpərvərliyi olmayanlarsa xalqını, dövlətini, millətini, qanununu, adət-ənənəsini, dəyərlərini... sevə bilməz.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK