İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Həmişə qalmaqallı açıqlamarı ilə gündəmə gələn deputat Araz Əlizadə bu dəfə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun və mərhum prezident Əbülfəz Elçibəyin kürd olduğunu deyib.
Adalet.az xəbər verir ki, milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında Araz Əlizadənin fikirlərinin əsassız olduğunu bildirib.
"Türkçülüyümüzlə də fəxr edirik. Elçibəy türkçülüyü Azərbaycana tanıtdı. Mənim də atamın məzarı üstünə "Kolanı Məcid” yazılıb. "Kolanı” Azərbaycanda ən qədim türk tayfasıdır. Özüm də "Bozqurd”am, yəni Azərbaycan məni "Bozqurd” kimi tanıyır. Mən necə kürd ola bilərəm? Qaldı ki, kürd olmaq qəbahət deyil. Bizim kürd də, türk də, ləzgi də, talış da dostumuz var, amma fars dostumuz, erməni dostumuz yoxdu. Araz Əlizadə onu fikirləşsin. Yenə deyirəm, mən türkəm və türklüyümlə fəxr edirəm. And olsun Allaha əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim”.
Digər Xəbərlər
28 Mart 2024 15:18
Vilayət Eyvazov Şamaxıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO
28 Mart 2024 15:00Zakaryan: "Nüfuzumuzu geri qaytarmalıyıq, revanş qaçılmazdır"
28 Mart 2024 13:45ERMƏNİNİN ƏCƏLİ ÇATANDA BAŞINI DƏMİR YUMRUĞA SÜRTƏR
28 Mart 2024 12:28Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü
28 Mart 2024 12:14