İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan üçün bərə inşasının sürətləndirilməsinin və layihəyə prioritet xarakter verilməsinin zəruriliyini bildirib.
Adalet.az xəbər verir ki, dövlət başçısı bu barədə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
"Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir, ona görə də düşünürəm ki, bura bərə üçün ən uyğun yerdir".
Azərbaycan lideri həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqətini Özbəkistan üçün bərə inşası məsələsinin prioritet xarakterinin nəzərə alınması zərurətinə yönəldib.
Digər Xəbərlər
24 Avqust 2026 00:01
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Şavkat Mirziyoyev
23 Avqust 2026 23:27
Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu - FOTOLAR
23 Avqust 2026 22:00
Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur - Prezident
23 Avqust 2026 20:36
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23 Avqust 2026 20:26
Prezidentlər Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında - VİDEO
23 Avqust 2026 20:14
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
23 Avqust 2026 20:02
“Yeni Daşkənd” layihəsi İlham Əliyevə təqdim edildi
23 Avqust 2026 19:40


Bakı -°C

