adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əzizə İsmayılova: Yazmaya bilmədim...

ƏZİZƏ İSMAYILOVA
59996 | 2017-06-02 17:07

Onun haqqında bugünə kimi heç vaxt yazmamışdım. Ona görə yox ki, sözüm yox idi, ona görə ki,ona olan dərin hörmətim qarşısında nə isə deməyə, adını hallandırmağa acizidim.

Dünən belə bir xəbəroxudum: "Kamal Abdullayev Azərbaycan Dillər Universitetinə rektor təyinedilib". Sosial hesabımda kiçik bir status yazdım. Yazıya çevirmək keçdiiçimdən ilk dəfə.

Xəbərə ilkreaksiyamın nə olduğunu indi də özüm üçün tam müəyyən edə bilmədim - sevindim,üzüldüm, təəssüfləndim, yoxsa paxıllıq elədim, indi də bilmirəm.

Nə qədərsevindiyimi tam bilmirəm, amma təəssüf və paxıllıq daha güclü olmuşdu deyəsən."Heyf" dedim özümdən ixtiyarsız.

Elə indi, yənigünorta saat 2 xəbərində efirdə xəbər oxudum ki, "Azərbaycan DillərUniversitetinin (ADU) yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub. Təqdimatmərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib".

Yazmaya bilmədimbu dəfə. İlk dəfə üsyan etmək istədim bəlkə də. Bizim olanı paylaşmaq istəməməyinüsyanı. Əsassız deyildi heç nə...

Sevincimin tək vənet səbəbi vardı - onun dövründə oxuma şansı qazanan tələbələr, sözün əsl mənasındagerçək tələbəliyin nə olduğunu biləcəklər, həm də özlərindən əvvəlkilərinonlara qibtə edəcəkləri bir şəkildə. Şans bu dəfə "Dillər"dənyanadı...

Kamal Abdulla 9il rektorum olub Bakı Slavyan Universitetində.

Orta məktəbiqurtarandan düz 10 il sonra, 2000-ci ildə, əyalətdən testlə qəbula düşən, rusdilində bir söz belə bilmədiyi halda, yalnız sentyabrın 1-də, universitetqapısından girəndən sonra tədrisin rus dilində olduğu fakültədə oxuyacağınıbilib şok keçirən bir gəncin, yəni mənim, bütün yıxılan xəyallarımın arxasındadurub ən böyük dəstəkçim olmuşdu bu insan.

Bərkə-boşa düşməkdənmazol olan kəntöy kənd uşağına ancaq təhsil verməmişdi, həyatın daha fərqliyolunu öyrətmişdi.

"Budünyada asan olan hər şeydən qaç. Asan tapılan pendir tələdə olur. İstəsən, öyrənəcəksən.Get, oxu!” - hökmlə demişdi mənə, "axı mən rus dilini bilmirəm" deyə şikayətetdiyim və başqa universitetə transfer olmaq istədiyimi bildirdiyim günlərinbirində.

"Mənrus dilində heç nə bilmirəm. Üzündən oxumağı belə zorla bacarıram. Bu,mümkünsüz bir şeydir. İmtahanlarda problem olacaq" - demişdim ona otağındakənd adamının şəhər etikasından kənar "sözümü deməliyəm" hikkəsiylə..

Əvvəldinlədi. Sonra bir siqaret yandırdı. Xeyli vaxt mən nələrdənsə danışdım. Öz səsimöz başıma düşmüşdü. Susub qulaq asırdı. Sonda:

"Get,dərslərinlə məşğul ol. Bəhanə axtarma. Problem həll ediləcək bir şeydirsə, deməkheç problem kimi yaranmayıb əzəldən. İmtahanda problem bəhanə gətirmə. Get vəoxu!"- daha sərt və eyni anda həlim səslə qapını göstərdi...

O,otaqdan çıxanda nə qədər ağlamışdım. Hesab edirdim ki, bu dünyada məndən çarəsizadam yoxdur. 10 il sonrauniversitetə gir, sonra da kəsil, geri qayıt. Rayonda nə deyərlər adama...

Yanıldığımı illərsonra dərk etdim. Özümə inamı elə artırmışdı ki, tədrisi rus dilində olanuniversitetimi 2 qırmızı diplomla başa vurdum... Aspiranturanı oxudum. Neçə ilelə tələbə ola-ola işlədim BSU-da (rəsmi). Magistraturanın I kursunda, oxuduğumfakültəyə dekan müavini təyin etdi məni... Bu boyda inam, bu boyda etibar, buboyda dəstək...

Mətbuata da ilkdəfə elə Kamal Abdulla gətirdi məni. Universitetimizin "Tələbə dünyası" adlıqəzeti vardı. Tez-tez yazılar verirdim ora, satirik tipli. III kursda oxuyandahəmin qəzetdə müxbir kimi işə başladım. Yazılarımı bəyəndiyini deyirdi. Deyirdi"bəzən çox sərt olursan, amma pis deyil. Nə yazırsan yaz, öz fikrini yaz və əminol yaz". IV kursda artıq qəzetdə ədəbi işçi idim. Professor-müəllim heyətindənkiminsə yazısını çapa məsləhət bilməyəndə narazılıq olurdu. Şikayət etmişdilər.Demişdi ki: "O iş onun işidir. Necə düz bilir, elə də edir. Elə yazın ki,xoşuna gəlsin". Sonra həmin yazılara özü də bir-iki dəfə göz atmışdı, əminolmaq üçün...

Beləcə,addım-addım bu günə tərəf gəlməkdəydim. Ən əsası, mən tək deyildim. Nə qədərbelə tələbə vardı, bir bilsəz. Çalışan tələbə üçün hər şey edirdi. Hər xırdaşeyi qətiyyən şişirtməyi sevməzdi tələbəylə münasibətdə. Elə "çepe"lərimizolub ki, başqa rektor bəlkə də universitetdən qovardı elə şeyə görə, amma oqovmurdu. Zamanla səhvimizi qəribə tərzdə başa salırdı. Bir də ayılırdıq ki səhvimizidərk etmişik...

Ən gözəlxüsusiyyəti - müəllimi tələbənin, tələbəni müəllimin ayağına verdiyini heç görmədik."Rektor gəlir, dağılışın" əmrini heç eşitmədik. Hər yerdə yanımızda idi. Tədbirlərdəbizə qoşulub oynaması, mahnı oxuması da bir başqa aləm idi. Heç vaxt bizi özündənaşağıda görmədi bu insan. Daim tələbədən yana idi. Hamıya həmişə ayıracaq vaxtıvardı.

17 il keçir onutanıdığımdan. Onun da 9 ilində həm rektorum, həm elmi rəhbərim, həm də müəllimimolub. Bu gün neçə pillə irəlidəyəmsə, bunu o insana və onun komandasında olanmüəllimlərimə borcluyam. Onun ətrafındakı komanda da eynən onun prinsiplərinəsadiq idi. Nə prorektor, nə dekan qapısının üzümüzə bağlı olduğunu görmədik. Həryerdə hakimi ixtiyar biz idik - tələbələr! Çəkinirdik ondan, amma sevirdik. Bugün çəkinmirik, amma yenə də sevirik. Həm də əvvəlkindən daha çox...

BSU tələbələri həmişəhər yerdə seçiliblər və seçilirlər. Çünki rektorumuza güvənirdik. O, bizəinanırdı. BSU tələbəsi olmaq bir başqa özəllik idi. Bunu izah etməklə bitməz.

Tələbələrinrektoru Kamal Abdullayevlə, işçilərin rektoru Kamal Abdullayev və müəllim KamalAbdullayev tam başqa-başqa adamlardı. Çətindionunla işləmək, həm də çox çətin, əgər məsuliyyət hissin yoxdursa...

Düz 8 ildirgörmürəm, ayrılmışam doğma ocaqdan və təbii ki, Kamal müəllimi də hamı kimiancaq TV-dən və mətbuatdan görürəm. İstənilən halda inanmıram illər onu dəyişmişolsun...

Faydalanınondan, tələbələr. Cod baxışından çəkinməyin. Baxmayın ki, birdən sərt cavab verər.Urəyi dilindən çox fərqlidir. Yetər ki, nəsə etməyə çalışın və inandırın ki, həqiqətənsiz buna qadirsiniz. Açacaq yolunuzu. Ən azı heç birinizə əngəl yaratmayacaq. Həmişəbir seçiminiz mütləq olacaq.

Üzüldüyüm təkşey odur ki, niyə axı BSU-ya yox, Dillər Universitetinə? Axı BSU onun əsəriidi... daha dəqiq desəm əsəridir!

Şansınız gətirdi,"Dillər"in kollektivi... Gözünüz aydın. Hələ ki belə ziyalılar var,yararlanın...

Təbrik edirəmhamınızı...

Sizə rektor gəlsədə, əslində bizim rektorumuzdur O!


TƏQVİM / ARXİV