SON DƏQİQƏ:

BİTMƏYƏN AĞRI

  151680   |  
Şriftin ölçüsü  

Bu da bir alın yazısıdı

Həyat insanı hər şeyə öyrəşdirir, alışdırır.Bəzən vərdiş də etdirir. Mən buna normal baxıram. Amma adətkarda olmaq qorxuludu. Kim adətkarda olursa, onun sonunun haralara gedib çıxdığını demək o qədər də çətin deyil. Bundan əlavə, biz ağrılara, faciələrə alışmışıq. 1988-ci ilin fevralından torpaq itkisini də, şəhid qanını da, yurd-yuva həsrətini də bir gözümüz ağlayıb, bir gözümüzlə ovutmuşuq. Və beləcə, həyat bizi "təki Vətən yaşasın!" inamına kökləyib... Və beləcə, biz həm də kökləndiyimiz inamın bir növü yolçusu olmuşuq, gedirik o yolla...

Bəli, mən də bu həyatın həmin o dediyim zaman kəsiyinin içərisindəyəm. O hadisələrin şahidi, iştirakçısıyam. Deməli, Vətənin yaşaması üçün sırada öz yerimi tutmuşam və bu yerdən çəkinəsi deyiləm. Lakin özümün özümə, daha dəqiq desəm, özümüzdə olanların özümə münasibəti, təzyiqi, laqeydliyi və daha nələri mənim çiyinlərimdən daş kimi asılır, ürəyimi döyəcləyir, inancıma xələl gətirir. Başa düşə bilmirəm ki, bütün bunlar nə üçündü? Kimə və nəyə lazımdı? Axı, biz hamımız vətənsizlik dərdinin içərisindəyik. Vətənsizlik deyəndə işğal olunmuş torpaqlarımızı, eləcə də tarixi baxımdan Dərbəndi, Borçalını, Göyçəni, Təbrizi də nəzərdə tuturam, bax, bu boyda ərazi indi bir ovuc içi həcmində olsa da, dərdimiz əvvəlki ölçüdə, əvvəlki çəkidə qalır. Və biz də hamılıqla o dərdi çəkməyə məhkumuq. Hələ üstəlik o dərdi çəkmək bizim vətəndaşlıq borcumuzdu, şərəf borcumuzda. Onda nədən bir-birmizə buynuz göstəririk, göz ağardırıq, badalaq gəlirik. Həmçinin bir-birimizin haqqını tapdalayırıq, bir-birimizə problem yaradırıq?..

Mən bütün bunları son yazılarımda təkrar-təkrar vurğulamışam. Səbəbini açmağa, ipucu tapmağa çalışmışam. Lakin heç nə alınmadı. Ona görə ki, bizim bir-birimizə güvəncimizi nəfsimiz, fərdi istəklərimiz həmişə kölgəyə salıb, üstünü örtüb. Sonda isə o kölgədə qalan ya məhv olub, ya da elə bir duruma düşübdü ki, yaşadığı hiss olunmayıb. Günahkar isə, heç nə olmamış kimi əməllərini davam etdiribdi. Ən yaxşı halda bir soyuq təbəssümlə pıçıldayıb:

- Mən öz prinsiplərimə sadiqəm və mənim prinsipim də hər kəsə qalib gəlməkdi!

Amma heç kim soruşmayıb ki, sənin prinsiplərin qaydasız döyüşləri xatırladır, arxadan vurulan zərbəni xatırladır, namərdliyi büruzə verir. Belə olan halda hansı qələbədən danışmaq olar?

Hə, bütün bu zaman kəsiyi ərzində mənim gəldiyim bir qənaət var. Bu da ondan ibarətdir ki, həmin o dediyimi həyatın zaman kəsiyinin içərisində arxadan vurulasan. Bax onda yaşamaq təkcə zülm olmur, həm də mənim üçün dəhşətli dərəcədə mənasız olur. Çünki qarşını kəsənlər, əlindən, kürəyindən vuranlar, badalaq gələnlər səni zəlil edir və sən də sadəcə mövcud olursan. Heç nəyə təsir edə bilməyən bir zəlil... Bax, onda öz-özünə düşünürsən, bu yaşamaqdımı? Əgər bu yaşamaqdısa, kimə gərəkdi? Zənnimcə, normal düşüncəli bir kimsə bu yaşamı qəbul etməz. Doğrudur, can da şirindi, həyat da. Heç kim ölmək, dünyadan köçüb getmək istəmir. Amma köçüb getmək istəmədiyin həyatda yaşam haqqından uzaq düşürsənsə, səni dediyim o duruma atırlarsa, bununla susub barışmaq və guya yaşamaq heç arzuedilən bir hal deyil. Ona görə də:


Yorur məni

günlərin

rəngi,

ölçüsü,

səsi...

mən dəyişə bilmirəm

bir-birinin

oxşarı,

təkrarı olan

bu qəfəsi...

otururam,

dururam

oturub durduğum hətta

yeri belə yoruram...

amma neyləyim ki,

bu oxşar günlərin

dəyirmanında

üyünməkdən daha çox

yarma kimi

havaya sovruluram!..


İndi öz-özümə fikirləşirəm. Görəsən mən dərdlərə vərdiş etmişəm, yoxsa adət? Və yaxuld görəsən mən dərdlərsiz yaşaya bilərəmmi? İnanın ki, bu sualların cavablarını düşünüb tapmaq o qədər çətin və acımasızdır ki, onu dilə gətirməyə qorxuram. Bilirsiniz niyə? İlk öncə ona görə ki, mən dərdə nə adət etmişəm, nə də vərdiş. Dərd mənimlə birlikdə doğulub. Mənim alın yazımdı, mənim qanımda, canımdadı. Və deməli, bu həm də ikinci sualın cavabıdı. Qanımda-canımda olandan necə ayrı yaşaya bilərəm? Bu yerdə sizin də sualanızı eşidirəm. Hiss edirəm deyirsiniz ki, dərd səninlə necə doğula bilər ki? Onda mən də sizə cavabınızı verim. Dünyaya gəldiyim məkanda gözümü açıb gördüklərim elə ilk andan məndə ətrafıma, həyatıma bir təzadlı münasibət formalaşdırdı. Gördüm ki, mənimlə həmyaşıd olan erməni uşaqlar hansı prinsiplərlə yaşayırlar, hansı istəklərlə böyüyürlər. Və onlar mənimlə yaşıd olsalar da, məndən önə necə çəkildilər. Digər tərəfdən Allahın verdiyi həssaslıq məni hətta valideynin bir şillə vurduğu uşağın səsinə qarşı da dözümsüz etdi. O uşaqla birlikdə mənim də içim ağrıdı, ağladı. Və sonra da atıldığım həyatın amansızlıqları, qarşılaşdığım haqsızlıqlar içimdəki o balaca duyğuları, o balaca nüansları dərdə çevirdi - həmişə çəkəcəyim dərdə. İndinin özündə də qonşuda, hətta yolda-rizdə ağlayan, şillənənən, yıxılan uşağı və yaxud bir kimsəni görəndə ürəyimin hansı hallara düşdüyünü, içimdən nələrin keçdiyini ifadə edə bilmirəm. Və bütün bunlar ən sonda itirdiyim yurd-yuvanın, bu gün köçməyə məcbur edildiyim uçurulmağı guya haqq etmiş evimin nisgili, faciəsi kimi məni o dediyim dərdlərin fövqünə qaldırdı. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən: "şalvar, köynək geyinərdi tay-tuşum, məndə isə biri vardı, biri yox". Yəni tay-tuşlarım sevincin fövqünə qalxanda, mən dərdin fövqünə yüksəldim. Bircə bir nöqtədə, daha doğrusu, bütün yaşamımın bir anında mən özümü qürurlu, əyilməz, məğrur saxlaya bilmişəm. O da taleyimdə olan Sənlə bağlıdı. Şükür edirəm ki, sən varsan - ümid kimi, yaşamıma stimul kimi!

... Və indi mən bu yazımı yekunlaşdırmaq məqamımda bir anlıq yenə dayandım, durdum. Bilirsiniz niyə? Ona görə ki, mənim öz sızıltılarımı, öz ağrılarımı sizə yükləməyə, sizinlə bölüşməyə nə qədər haqqım çatır? Ümumiyyətlə, çatırmı? İndiki anda hər kəsin özü boyda yükü, qayğısı ola-ola mənim də qayğıma çiyin verməsi axı mümkünsüzdü. Eh, nə isə... Özüm yazıram, özüm deyirəm və özüm də...


Mən onsuz da taleyə

Başın sağ olsun! - dedim...

Üstündə şəklim olan

Daşın sağ olsun! - dedim!...

Dərdin qəmi ələyib,

Sözün büküb, bələyib...

Görəndə ki yeriyib -

Yaşın sağ olsun dedim...

Sən, ruhumun seçimdə

Bitir

din son gücüm də!..

Özümə öz üçümdə -

Nəşin sağ olsun! - dedim...


Bəli, bir ağrını son nəfəsimə çevirəndə içimdə, yazımda daşıyıram. Bu ağrı təkrar köç ağrısı, isti yuvanı tərk etmək ağrısıdı. Onun nə vaxt bitəcəyini və necə bitəcəyini deyə bilmirəm. Kaş ki, biləydim... bəlkə ağrım azalardı.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK