Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatmayan iki nəfəri insanlara yaxınlaşaraq əl çantalarını və qiymətli əşyalarını oğurlamağa sövq edən şəxslər həbs edilib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.
Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov da müəyyən olunaraq saxlanılıb.
Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb.
İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.


Bakı -°C

