Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
Gəncədə 5 nəfər dəm qazından zəhərlənib.
Adalet.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.
Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

