adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 18:52
88
HÜQUQ
A- A+

Ərinin qətlini sifariş verən qadına və tanışlarına HÖKM OXUNDU

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Adalet.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin son sözündən sonra hökm oxunaraq Əzizə Seyidovanın 16 il,Mehdi Məmmədov, ittiham olunduğü maddə üzrə təqsirinin subuta yetirilmədiyini deyərək ibtidai istintaqda yol verilən yanlışlıqlardan danışıblar.Vəkillərin əsas vurğuladiqları məqam isə Əzizə Seyidovanın sifarişçi kimi ittiham olunduğuna rəğmən,onun hansı məbləğə ərinin qətlini sifariş verdiyinin məlum olmadığını deyiblər.

Müdafiəçilər Əzizə Seyidovanin qətldə iştirak etməyərək ,qətli sifariş verməkdə təqsirləndiridiyi halda ona (xüsüsi amansizlıqla adam öldürma ) maddəsi ilə ittiham verməyin özünü isə istintaqın yol verdiyi nöqsanlardan biri kimi qiymətəndirib.

Zərərçəkənin hüququ varisi isə vəkillərin ortaya qoyduqları arqumentlərə etirazını bildirərək məhkəmədən işə obyektiv qiymət verilməsini xahiş edib.
Təqsirləndirilənlərə son söz verilib.

Müşavirədən sonra hökm elan edilərək Əzizə Seyidova 17 İl ,Mehdi Məmmədov 18 il 6 ay Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hər biri isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki,prokuror Əzizə Seyidovanın 18 il,digər təqsirləndirilənlərin isə ayrı-ayrılıqda 19 il azadlıqdan məhrum edilməsini məhkəəyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.

O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.Onuda qeyd edək məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanin sifarişi ilə deyil Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.