Abşeronun su problemi necə həll ediləcək? - Prezident açıqladı
"Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib.
"Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.
Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir.", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
13 Yanvar 2026 12:21
“İran mühafizəkarları ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə...”
13 Yanvar 2026 11:34
"Azərbaycanla Ermənistan arasında ABŞ-də əldə edilən razılaşma mühüm nailiyyətdir" - Kamran Əliyev
13 Yanvar 2026 11:31
“Xızı-Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır”
13 Yanvar 2026 10:40
“Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan bu gün...”
13 Yanvar 2026 10:08
“ABŞ İranda rejimi dəyişməyə çalışır, amma indiki halda bunun yollarını arayır”
12 Yanvar 2026 19:00
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşdü
12 Yanvar 2026 16:43
"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident
12 Yanvar 2026 15:42


Bakı -°C

