İrandakı etirazlarda 12 min nəfər öldürülüb
İrandakı kütləvi etirazlar fonunda təhlükəsizlik qüvvələri azı 12 000 insanı öldürüb.
Adalet.az xəbər verir ki, bu barədə "İran İnternational" yazıb.
Rəqəm mövcud məlumatlara, Ali Milli Təhlükəsizlik Şurası və Prezident Aparatı da daxil olmaqla etibarlı mənbələrdən əldə edilən məlumatlara əsasən açıqlanıb: "Son iki gün ərzində heyət Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbədən, prezident aparatındakı iki mənbədən, Məşhəd, Kirmanşah və İsfahan şəhərlərindəki İnqilab Keşikçiləri Qvardiyasındakı bir neçə mənbədən alınan məlumatlardan, şahidlərin və həlak olanların ailələrindən alınan məlumatlardan, hesabatlardan, tibb mərkəzləri ilə bağlı məlumatlardan və müxtəlif şəhərlərdəki həkim və tibb bacıları tərəfindən bizə verilən məlumatlardan diqqətlə, çoxmərhələli və peşəkar standartlara əsaslanaraq məlumat toplayıb".
Məlumata əsasən, vətəndaşların əksəriyyəti İnqilab Keşikçiləri və Bəsic qüvvələri tərəfindən öldürülüb.
Rabitənin kəsilməsi və məlumata birbaşa çıxışın olmaması şəraitində yekun statistikanın daha da artacağı istisna edilmir.
Qeyd olunub ki, təhlükəsizlik qurumları həmişə məxfi olub və itkilərlə bağlı dəqiq statistikanı qeyd etməkdən və açıqlamaqdan imtina ediblər.
Digər Xəbərlər
13 Yanvar 2026 16:19
Müharibənin 4-cü ildönümündə sanksiya tətbiq edəcəklər
13 Yanvar 2026 13:45
İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Məbləğ açıqlandı
13 Yanvar 2026 13:35
Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq
13 Yanvar 2026 12:36


Bakı -°C

