adalet.az header logo
  • Bakı -°C
12 Yanvar 2026 17:32
71
İDMAN
A- A+

Obameyanqdan yeni rekord

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq Afrika Millətlər Kubokunun (AFCON) tarixində yeni rekorda imza atıb.

Adalet.az xəbər verir ki, o, 2025-ci il dekabrın 28-də Mozambikə qarşı keçirilən oyunda (2:3) fərqlənərək, turnir tarixində uzun müddətdən sonra qol vuran futbolçu olub.

Obameyanq Afrika Millətlər Kubokundakı ilk qolunu 2012-ci il yanvarın 23-də Nigerə qarşı (2:0) keçirilən matçda vurmuşdu. Onun AFCON-dakı ilk və son qolları arasındakı fərq 13 il 339 gün təşkil edir.

Bu göstərici ilə o, əvvəlki rekordçu – zambiyalı Kaluşa Bualyanı 9 gün geridə qoyaraq zirvəyə yüksəlib.

Lakin turnir Obameyanq üçün təkcə rekordla deyil, həm də qalmaqallı şəkildə Qabon millisindən uzaqlaşdırılması ilə yadda qalıb.