adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"Ukrayna ilə bağlı Çinin sülh planında "sağlam fikirlər" var" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
668 | 2024-03-29 15:12

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, Çinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planında "sağlam fikirlər" var. Belə ki, bu planda baş verən hadisələrin analizi və aradan qaldırılmalı bəzi səbəblərin vacibliyi qeyd olunub.

 "Çin Xalq Respublikasının təqdim etdiyi sənəd ümumidən şəxsiyə məntiqinə uyğun, həm Avropada, həm də dünyada təhlükəsizlik baxımından qaydaların pozulması qeyd olunur və bunun əsas səbəbi kimi, BMT-nin  Nizamnaməsinə əməl olunmaması göstərilir".

 "Bundan başqa, Çinin planında Qərbin Rusiyaya qarşı birtərəfli qaydada tədbiq etdiyi sanksiyaların ləğv edilməsinin vacibliyi göstərilir"- deyə Lavrov vurğulayıb.

 XİN rəhbərinin sözlərinə görə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, təhlükəsizlik prossesinin bütün iştirakçılarının bərabər hüquqluluğu təmin olunması ətrafında razılaşma əldə olunmalıdır. Bunların həyata keçirilməsi üçün mövcud problemlərin ciddi müzakirəsi, təhlükəsizlik sahəsi üzrə yerdəki reallıqlar nəzərə alınmaqla aparılmalıdır, Ukrayna və Qərbin etdiyi kimi ultimatum yolu ilə yox.

 Xarırladırıq ki, Çin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını, hələ 2023-cü ilin 24 fevral  tarixində açıqlamışdı. Bu sənəd, atəşin dayandıtılması, sülh danışıqlarlnın bərpa olunması və birtərəfli saksiyaların aradan qaldıtılması da daxil olmaqla 12 maddədən ibarət idi. Ukrayna prezidenti Volodimir Zelenski həmin vaxt Pekinin təqdim etdiyi sənədin tam qənaətbəxş  plan olmadığını bildirərək qeyd etmişdi ki, "Mənə elə gəlir ki, Çin sadəcə olaraq münaqişə ilə bağlı düşüncələrini göstərib".

 

TƏQVİM / ARXİV