adalet.az header logo
  • Bakı -°C
04 Oktyabr 2026 19:21
63
İDMAN
A- A+

Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Adalet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib.

Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib.

15:50

Azərbaycan cüdoçusu Əhməd Yusifov Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Adalet.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub edib.

Ə. Yusifov bu gün finalda Şerzod Davlatovla (Qazaxıstan) qarşılaşacaq.

15:06

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Adalet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdırıb.

O, yarımfinalda Yanq Yunq Veylə (Çin Taypeyi) qarşılaşacaq.

Ə. Yusifov daha əvvə 1/8 finalda hindistanlı Harş Sinhi, 1/16 finalda isə monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

14:29

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

Adalet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.

Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək.

Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

13:08

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Adalet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.