Fransada etirazlar: 400 məktəbdə dərslər dayandırıldı
Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları fonunda oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər bərpa olunmayacaq.
Adalet.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Məlumata görə, həmin təhsil müəssisələrinin təxminən 40%-i (168 məktəb) paytaxtın da daxil olduğu İl-de-Frans regionunda yerləşir.
Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.


Bakı -°C

