adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Üçüncü Dünya müharibəsi ehtimalı artmaqdadır..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
965 | 2024-01-17 15:44

Almaniya hərbiçilərinin  ssenarilərin  əsasında hazırlanan materialı yanvarın 14-də dərc edən Bild mətbu orqanının jurnalistləri hesab edirlər ki, Rusiya və NATO arasında növbəti münaqişə bir neçə həftədən sonra başlaya bilər.

Alman analitikləri güman edirlər ki, Rusiyada başlayan yeni səfərbərlik dalğası, 2024-cü ilin iyul ayında Ukrayna müharibəsində vəziyyəti daha da gərginləşdirəcək və Ukrayna qaçılmaz məğlubiyyətlə üşləşəcək.

 Almaniyanın müdafiə nazirlinin komandanlığı, Ukrayna ordusunun məğlubiyyətini lakonik olaraq, qərb dövlətlərinin artıq Kiyevə kömək etmək üçün vəsaitlərinin qalmayacağı ilə izah edirlər.

 Daha sonra isə, guya Rusiya Estoniya, Latviya və Litvada etnik rusların sıxışdırılması bəhanəsiylə vətəndaş qarşıdurması yaradacaqdır. Və buna görə də, Suval dəhlizinə nəzarət etmək məqsədilə Kalininqrad vilayətinə orta məsafəli raketlər yerləşdirəcək.

 Analitiklər hesab edirlər ki, bu ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindən dərhal sonra, Birləşmiş Ştatlarda Ağ Evdə yarana biləcək "xaos" nəticəsində dekabr ayında sərhədyanı ərazilərdə münaqişə yarana bilər. Alman komandanlığının mühalizələrinə görə, bunda bir ay sonra, Rusiya hərbi qüvvələri Belarusiyaya iki tank və bir motoatıcı dviziya yerləşdirəcək.

 Bu zaman kəsiyində Rusiyaya cavab vermək üçün NATO da boş dayanmayacaq. Şimali Atlantika alyansı may ayında şərq şərhədlərinə daha 300 min hərbiçi yerləşdirəcək. 
 Almaniyanın müdafiə nazirliyi hesab edir ki, bundan sonra Ücüncü Dünya müharibəsi artıq qaçılmaz olacaq.

  Görünən odur ki, Rusiya ilə hərbi münaqişə ilə bağlı alman hərbiçilərinin proqnozları elə ehtimal olaraq qalmayacaq. NATO komandanlığı, məqalə dərc olunduqdan dərhal sonra, yanvarın 15-də tez tələsik bəyənat verərək, məqalədə yazılan faktların ,alman hərbiçilərinin alyansın hərbi təlimlər keçirəcəyi ssenarisini "kəşfiyyat məruzələri" ilə səhv salmasının nəticəsidir. 

 " Bild mətbu orqanının əlində olan faktlar, yalnız hərbiçilərin bu və ya başqa fofmada istənilən vəziyyətə hazırlıq ssenariləri üzrə hərbi təlimlərinin sənədlərindən ibarətdir. Bu ssenarilər tamamilə mövcud olmayan coğrafi  ölkələrlə bağlı uydurulmuş ssenarilərdir. Hazırki ssenarilərdə həqiqi dövlətlər və regionlar üzrə hərbi təlim proqramlarından istifadə olunur"-deyə, alyansın strateji kommunikasiyalar üzrə aparıcı tərcübələr Mərkəzinin direktoru Yanis Sarts bəyan edib.

  Almaniyanın müdafiə nazirliyi də, alyansın bu bəyənatını ötəri  təsdiq etsə də, əlavə şəhr verməkdən imtina edib. Sadəcə bildirilib ki, "az ehtimal olunan müxtəlif ssenarilər də, xüsusiylə hərbi məşqlər zamanı gündəlik hərbi iş kimi qiymətləndirilməlidir".

  Rusiya tərəfi də bu materiala skeptik yanaşlb. Rusiyanın XİN-nin sözçüsü Mariya Zaxarova bu məqaləni " balığın xərçınglə ötən ilki qoroskopu" adlandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə, ümumiyyətlə buna şəhr verməkdən imtina edərək, Bild jurnalistlərini sistemli feyk informasiyalar yaymaqda günahlandırıb.

 XX əsrin tarixi göstərir ki, ən inanılmaz vəziyyətlərlə bağlı hərbi ssenarilər, praktiki olaraq bütün dövlətlərdə hazırlanır. Ona görə də, ekspertlər hesab edirlər ki,  Rusiya və NATO arasında müharibə  ehtimalı çox azdır. Çünki, potensial  olaraq bu nə Rusiyanın, nə də NATO-nun maraq dairəsinə uyğun deyil. 

Lenta. ru saytının materialları əsaslnda hazırlanlb

TƏQVİM / ARXİV