adalet.az header logo
  • Bakı -°C
01 Oktyabr 2026 19:38
46
MEDİA
A- A+

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bu barədə Adalet.az-a Media və Yayım Şurasından məlumat verilib.

Ekskursiya zamanı qonaqlara müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini əks etdirən ekspozisiyalar barədəətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıqkonsepsiyası, eləcə də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim edənmüxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.