adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Töhmət aldı, başqa məktəbə göndərildi - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
1629 | 2022-11-23 16:20

Film kimi bir şey.  

Deməli, mətbuat yazır ki, bəs 2 ay əvvəl müəllimlərdən pul istəyən, hətta müəllimləri Prezidentin adı ilə hədələyən, mətbuatda da səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova 34 nömrəli məktəbə direktor təyin edilib. Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Axundova Nəcibə Novruz qızına şiddətli töhmət verilib və o, 34 nömrəli məktəbə direktor təyin edilib. (Demək fakt təsdiqini tapıb ki, şiddətli töhmət verilib.)

Məktəblər arasında fərq nədir desəniz, 45 nömrəlidə 1000 dən çox şagird vardı, 34 nömrəlidə 500-dən çoxdur. 
Çox ciddi cəza və maddi zərbədir həqiqətən. Qazanc yarıbayarı azalıb. 

Yadınızdadırsa, bir neçə il əvvəl avtobuslarda belə dəb düşmüşdü. Sürücüdən bu gün şikayət edilirdi, cavabdeh qurum çıxıb deyirdi "filan filan işlərə görə işdən azad olundu". 3 gün sonra görürdün ki, bıy bu xətdən götürüb o biri xətdə yönləndiriblər. Yarızarafat, yarıgerçək də deyirdilər "gedib Marsdan sürücü gətirəsi deyilik ki. Olanımız budur da". 
 
Yurdumun insanı, başına dönərəm elə... Sənsiz bu dünyanın nə dadı, nə duzu?! Sən həmişə ol!

TƏQVİM / ARXİV