adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Haqsızamsa nə xoş... - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
1878 | 2022-12-12 15:54

Bu gün Şuşada etirazın keçirilməsi, Xankəndi yolunun bağlanması, yolda çadırların qurulması əladır, başa düşüləndir və təbii ki, əsasən rəsmi Moskvaya növbəti mesajdır.

Amma, hesab edirəm ki, istənilən halda jurnalistlər tərəfindən bu qədər aqressiv və qədərindən çox qışqırıq, doğru yanaşma və ya seçim deyil. Mikrofonla belə rəftar, əleyhimizə işləyə bilər.

Onsuz da həm məramı sülh olmayanlar, həm ermənilər mövcud situasiyadan razı görünürlər. Yəni məramı sülh olmayanların orda olması, əks tərəfin xeyrinədir. Təmkinimizi pozmaqla, haqlı ikən haqsız duruma düşmərik ki?

Keçirilən və bundan sonra keçiriləcək aksiyalarda aşırı aqressiya nümayişi, bəlkə də məramı sülh olmayanlar və ermən tərəfi üçün daha əlverişli situasiyanın yaranması demək ola bilər. Ən azından deyə bilərlər ki, "görürsünüz necə provakasiya yaratdırlar. Ordan çəkilsək, görün nələr baş verər".

Deməzlər elə bilirsiniz? Keçən dəfə də jurnalistlər orda idi, onlar da etiraz edirdilər. Çox təmkinlə, səbrlə, qaraqışqırıqsız.

Fikirlərim primitiv də görünsə, topun öz qapımıza vurulacağından ehtiyatlanaraq deməsəm olmazdı. Haqsızamsa nə xoş...

TƏQVİM / ARXİV