Yanğınlar baş verməsin deyə...

92 | 2025-07-16 17:36

Yay ayları gələndə   bir çox problemlər kimi yanğın təhlükəsi də artır. Yəni kimi siqaret kötüyünü şöndürmədən hər gəldi atır.

Təbii ki, bu da yanğınlara səbəb olur. Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərimizlə bağla müraciət yayıb.Mürəciətdə deyilir ki, həmin ərazilərə gedən insan yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər.

O yerlərdə quru otlaq sahələrinə , eləcə də meşlərə söndürülməmiş siqaret kötüyü, eləcə də digər yanğın törədən vasitələr  atmasınlar. Ərazilərin çox hissəsi ermənilər tərəfindən minalandığına görə, baş vermiş yanğınları söndürmək çətin olur. Ona görə də, işğaldan azad olunmuş ərazilərə gedən insanlar diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər. Əks- təqdirdə onlar bu hərəkətləri ilə məsuliyyət daşıyır,  meşələrdə və otlaq sahələrində  böyük təhlükə yaradırlar!

Emil Faiqoğlu 

TƏQVİM / ARXİV