Ev yıxmayın...- Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1468 | 2023-10-10 15:58

İndi yeni ailə quran gənclərin bir çoxu çətinliyə, maddi sıxıntiya dözmür və bunun nəticəsində  onların arasında  söz-söhbət yaranır, böyük narazılıqlar başlanır.

Hadisələr get-gedə  daha da kəskinləşır, hər iki tərəf  bir-birinə güzəşt eləmir. El dilində dəmiş olsaq  heç kəs yanan ocağın ustünə su tökmək istəmir, əksinə odun üstünə  benzin  tökürlər. Hər tərəfdən təzyiqlərə  məruz qalan  gənc ailə dağılır.   Bir ailə tanıyiram. Öglan da qız da, tərbiyəli və savadlı gənclərdir.

Oğlan on beş gün dənizdə işləyir, on beş gün də evdə olur. Yaxşı da əməkhaqqı alır. İki yerdə evi, maşını var. Bir sözlə, hər iki gənc bir-birini başa düşur və  mehriban yaşayırdılar. Amma qızın anası  ailənin işinə bütün sözlər, söz- söbət yaradırdı. Bir dəfə boşanmaq istədilər, qonum-qonşu  onları  barışdırdi və ailəni dağılmağa  qoymadı. Ancaq qızın anası bundan nəticə çıxarmadı, yenidən  onların daxili işlərinə qarışdı.Və axırda da oğlan bu müdaxilələrdən  bezıb, iki uşaqla qadını boşadı.  İndi onlar hər ikisi çıxılmaz duruma düşüb; qız anasının yanına qayıdıb, oğlansa  tək yaşayır.

Buda ailənin işinə qarışmağin  acı nəticəsi.Ona görə də valideynlər bu məsələlərdə çox diqqətli olmalı, uşaqlarını başa düşməlidir. Yersiz müdaxilələr və digər hərəkətlər ailələrin dağılmasına gətirib,  çıxarır!  Ona görə də biz ev dağıtmalı deyil, ev tikməliyik!... Ki, bizim səhvimiz üzündən gənc ailələr dağılmasın!...

TƏQVİM / ARXİV