adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SÜLEYMAN DƏMİRƏLLƏ NƏ DANIŞDIM? - Emin Piri yazır

Emin Piri
591 | 2022-04-04 12:12

İllər öncə N saylı yerdə xidmətdəydim. Zabit dostlarla tez-tez oturur, türklər demiş efkarlayırıq. Baxma, mülki adam görmürük, bir az stres, bir az darıxmaq, bir az da gündü də deyib yaşayırıq. Hərə aqressiyasını bir şeylə çıxarır. Kimisi mömün, ibadətlə, kimisi belə məclislərlə. Çünki o aqressiya, streslə durmaq mümkün deyil. Bir də zabit dostlarla zarafatyana bir-birimizi "yandırmalarımız" olurdu. Məndəki məlum, harda varamsa zarafatlar ilk yerdə.

Belə günlərin birində özümüzçün kiçik məclis düzəltdik. Efkarlamışıq.

Bu anda telefonuma zəng gəldi. Şoka düşdüm, Süleyman Dəmirəl yazılmışdı. Ha düşünürəm, Dəmirəllə mənim nə işim, nə əlaqəm?

Ümumiyyətlə, onun nömrəsi telefonuma necə qeydiyyata düşüb?

Eynən tv-lərdə eşitdiyim Süleyman səsiylə " dostum, kardeşim, değerli şair Emin Piri" sözləriylə danışır.

Mənsə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.

Deyir ki, Bakıya gəlib mənlə görüşmək istəyir səhər.

Bir anlıq özgüvənim o qədər artdı ki, Süleyman Dəmirəl niyə görüşmək istəməsinki deyirəm öz-özümə? Artıq özgüvən hissindən bu mənə adi gəldi. Sanki olacaqmış kimi bir olay.

 

Tez əşyalarımı topladım. Bir-iki pillə yuxarı komandan zabitə zəng etdim ki, təcili məzuniyyətə çıxmalıyam Süleyman Dəmirəllə görüşəcəm. Özü zəng edib. İcazə verin aşağı düşüm.

Elə bu vaxt zabit dostlar əl-ayağıma düşdü ki, ay emin, dəlisən, nəsən? Ziblə salassan bizi.

Sən demə məclisdə dostlardan biri telimdən adını silib, nömrəni yenidən Süleyman Dəmirəl adıyla qeydə alıb. Sonrasa onu yamsılamağı bacardığından zəng edərək Dəmirəl diliylə mənlə danışıb...

Bir müddət mənlə zarafat etmədi kimsə. Dedilər, safsan, inanırsan, amma elə şeylərə inanırsan ki, adam özü şoka düşür.

Hər şeyə bir yana hələ də düşünürəm, həmin an buna inanacaq özgüvən məndə hardan idi?

Bir də saflığımı yada salıb hələ də gülürük.

TƏQVİM / ARXİV