Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri, Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov görkəmli alimi qəbul edib. Səmimi şəraitdə keçən görüşdə rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağında son 10 ildə həyata keçirilən köklü islahatlar barədə ətraflı məlumat verib. Professor Natiq İbrahimov universitetin maddi-texniki bazasının modernləşdirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, nəzəriyyə ilə praktikanın uzlaşdırılması istiqamətində görülən işlərdən danışıb, həmçinin yerli gənc mütəxəssislərin və elmi tədqiqatçıların hazırlanması istiqamətində qazanılan uğurları diqqətə çatdırıb.
Daha sonra dünya şöhrətli alimə universitetlə yaxından tanış olmaq imkanı yaradılıb. Məsud Əfəndiyev LDU-nun tədris korpuslarına baş çəkib, burada fəaliyyət göstərən müasir elmi-tədqiqat və tədris yönümlü laboratoriyaların iş prinsipləri və texnoloji imkanları ilə yerindəcə tanış olub, öz tövsiyələrini verib.
LDU-nun böyük Akt zalında professor Məsud Əfəndiyevin müəllim və tələbə heyəti üçün elm və təhsilin populyarlaşması, eləcə də elmi mühitin formalaşdırılması istiqamətində geniş seminarı təşkil olunub. Tədbir başlamazdan əvvəl seminar iştirakçıları torpaqlarımızın bütövlüyü və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Seminarı giriş sözü açan LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev hörmətli qonağı auditoriyaya təqdim edərək onun qlobal elmdəki çəkisindən danışıb. Prorektor vurğulayıb ki, dünyanın aparıcı elmi jurnallarının redaksiya heyətində təmsil olunan yeganə azərbaycanlı riyaziyyatçılardan biri olan Məsud Əfəndiyev, “Springer” başda olmaqla Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunmuş 8 fundamental elmi kitabın və 160-dan çox yüksək indeksli elmi məqalənin müəllifidir.
Ənənəvi mühazirə formatından fərqli olaraq professor Məsud Əfəndiyev Elmi seminarı açıq diskussiya şəraitində və zalla canlı dialoq formatında qurub. “Müasir universitet necə olmalıdır?” mövzusuna həsr olunan müzakirədə alim olduqca maraqlı və cəsarətli tezislərlə çıxış edib. Professor M.Əfəndiyev “regional universitet” anlayışını qəbul etmədiyini xüsusi vurğulayaraq bildirib ki, regionda yerləşməsindən asılı olmayaraq, hər bir ali təhsil müəssisəsi qlobal dünya elminin inkişaf parametrlərinə və beynəlxalq standartlara cavab verməlidir. Alim müasir təhsil sistemində yaradıcı təfəkkürün, elmi inteqrasiyanın və beynəlxalq əməkdaşlığın rolundan bəhs edərək, LDU-nun bu istiqamətdəki potensialını yüksək qiymətləndirib. Böyük maraqla qarşılanan seminarın sonunda dünya şöhrətli alim professor-müəllim heyətinin və tələbələrin müasir elm, təhsil metodologiyası və qlobal akademik tendensiyalarla bağlı çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20


Bakı -°C

